Yuxarı

Azərbaycanın ən sakit rayonlarından birində ictimai vulkan - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın ən sakit rayonlarından birində ictimai vulkan - Video

Azərbaycanın ən sakit rayonlarından birində ictimai vulkan püskürdü. İsmayıllı rayonunda yolundan çıxmış bir qrup gəncin yol hərəkəti qaydaları zəminində başlanan etirazı əsl hərəkata çevrildi. Qəzəbli kütlə qarşısına çıxanı süpürüb apardı.

İsmayıllıda adicə yol hərəkəti hadisəsindən qaynaqlanan iğtişaşların sətirarxasını təbii ki, hüquq mühafizə oOrqanları araşdıracaq və bəlkə də məişət zəminində baş verən bir hadisənin ümumrayon miqyasına köçürülməsinin bizə məlum olmayan tərəfləri üzə çıxacaq. Biz isə bu hadisənin ortaya qoyduğu adi gözlə görünən mətləblər ətrafında gəzişək.

Əvvəlcə onu deyək ki, İsmayıllıda baş verənlər bir az artıq düşmüş sərvətinə görə kasıb-kusuba yuxarıdan aşağı baxan bir-iki yanlışın xətasının nəticəsi idi. Amma ilk baxışdan.

Ona görə ki, hər gün yollarımızda neçə-neçə qəza baş verir və bu hadisələrin tamaşaçıları da bir qayda olaraq onlarla ölçülür, qəzadan sonra hətta sürücülərin bir-birini döyməsinin də, bir-birinin maşınını əzməsinin də az şahidi olmamışıq, amma heç bir halda sürücülərə qarşı qəzəb bu boyda böyümür və 25 dəqiqə ərzində şəhərdən bir neçə kilometr əraziyə 3-5 min adam yığışmır. Deməli, səbəb təkcə bir-iki nəfərin sərxoş ərköyünlüyü deyil. Deməli, hansısa problemlər də var ki, onlara etirazlarını ortaya qoymaq üçün bəhanə lazım idi. Təhqir edilənlər təhqir edənlərin cəzasını bu dəfə hüquq mühafizə orqanlarına etibar etmədilər.

Şərhimizin sonunda biz təsadüfən Qəbələ RLS-i xatırlamamışdıq, ilin əvvəli şimal qonşumuzun qeyri-adi fəallığı ilə müşayiət olunurdu, Qəbələ RLS-in bağlanması və Rusiya hərbi kontingentininin Azərbaycanı tərk etməsi bizi hər bir vətəndaşımızı sərvaxt olmağa dəvət edirdi. Çünki İsmayıllı Rusiya xüsusi xidmət orqanlarının əla diffuziya etdiyi bir ərazidə, Qəbələ RLS-in bir neçə addımlığında yerləşdiyindən, rayonda birinci səhnədəki silahın sonuncu səhnədə atəş açması teatral qanunauyğunluq ola bilərdi. (ANS)

Tarix
2014.01.12 / 22:54
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və Belqrad arasında siyasi məsləhətləşmələr

Netanyahu: İlham Əliyevə deyin ki, bu il... - Video

Mirzoyan avropalı diplomatla sülh prosesini müzakirə etdi

İsrail və Azərbaycan arasında memorandum imzalandı

Prezidentlər hərbçilərin birgə təlimini izlədilər - Foto/Video

Hindistanın yeni səfiri Azərbaycana gəldi - Foto

Hindistan şirkəti Bakıya uçuşları ləğv etdi

Epşteyn kimdir ki, onunla görüşüm? - Məmmədyarov

Ukraynaya növbəti humanitar yardım göndərildi - Foto

Bakı, Ankara və İrəvanın enerji sistemləri... - Xudatyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla