Yuxarı

“Nar”ın əsas prioriteti budur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Nar”ın əsas prioriteti budur

“Müştərilərlə ünsiyyətdə olduğumuz hər yerdə - mağazalarımızda, rəqəmsal tətbiqdə və sosial media platformalarında onlara keyfiyyətli xidmət göstərməliyik”. Bunu “Azerfon”un Baş icraçı direktoru Qunnar Panke ARB telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, son 3 il ərzində müştəri məmnuniyyəti indeksinə görə “Nar”ın lider olması, eyni zamanda bütün göstəricilər və müştərilərdən gələn rəylər onun doğru yolda addımladığını sübut edir.

Mobil operatorun uzun müddət ərzində müştərilərə göstərdiyi keyfiyyətli xidməti qoruduğunu deyən Qunnar Panke əlavə edib ki, burada yüksək sürətli internet, kəsintisiz zəng ximdətləri nəzərdə tutulur:

“Nar” ölkədəki bütün mağazalarını yeniləməkdədir və sosial mediada ünvanlanan suallara operativ cavab verməkdədir. Biz müştərilərimiz üçün güvənli tərəfdaş olmağı hədəfləmişik. Müştərilərimizi hər zaman dinləyir, problemlərinin ən optimal həll yolunu təqdim edirik. Düşünürəm ki, biz çox uğurlu olsaq da, hələ də gediləcək yolumuz var və bu istiqamətdə daha da inkişaf etməyi planlaşdırırıq”.

Qeyd edək ki, müsahibədə Baş icraçı direktor mobil operatorlar arasındakı rəqabətdən, Azərbaycandakı biznes mühitindən, turizm potensialından, eləcə də “Nar”ın strategiyasından və qarşıdakı hədəflərindən də danışıb. Müsahibənin tam versiyasına bu keçidə daxil olaraq baxmaq olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Tarix
2022.02.24 / 14:57
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin səfərində mühüm məqam: 3 milyon vətəndaş...

Onlar ya Paşinyana, ya da Azərbaycana məğlub olacaqlar

Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi - Foto

Bakı neftinin ilk partiyasını daşıyan tanker Yaponiyaya çatdı

Milli Məclisin iclası başladı

Rusiya Azərbaycanın təklifini dəstəklədi

Bu ölkə Ermənistanı daim silahlandıracaq

Şəhid Müşfiq Abbasovun vəsiyyəti yerinə yetirildi

TDT baş katibi şeyxlə görüşdü

Azərbaycan hərbçiləri Kəlbəcərdə minaya düşdülər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla