Yuxarı

Müəllimlər 10 əlilə araba aldılar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müəllimlər 10 əlilə araba aldılar

Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimləri Göyçay şəhərində xeyriyyə tədbiri keçiriblər.

Göyçayda yardıma ehtiyacı olanların görüşünə gələn xeyriyyəçi insanlar öz məvacibləri hesabına aldıqları əlil arabalarını 10 nəfər I qrup əlilə təqdim edib, 40 nəfər tənha qocaya, aztəminatlı ailələrin üzvlərinə isə ərzaq bağlaması veriblər. Sonra isə Səməd Vurğun adına Göyçay şəhər internat məktəbində təhsil alan 350 şagirdlə görüş keçirilib, onların hamısına geyim əşyaları verilib.

Tədbirdə bildirilib ki, Azərbaycan Dövlət İqtisad Universitetinin bir qrup müəllimi xeyriyyəçilik məqsədilə indiyədək Bakı, Sumqayıt, İsmayıllı, Salyanda da bu cür tədbirlər keçiriblər. Müəllimlər öz məvacibləri hesabına son 3 il ərzində Göyçayda 19 əlilə arabalar təqdim edib, şəhər internat məktəbində müxtəlif xeyriyyə aksiyaları keçirib, orada təhsil alan uşaqlara geyim əşyaları, eləcə də şirniyyat və qida məhsullarından, məişətdə istifadə olunan əşyalardan ibarət bağlamalar hədiyyə ediblər. (AzərTac)

Tarix
2014.01.13 / 00:50
Müəllif
Axar.az
Digər xəbərlər

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla