Yuxarı

Xankəndi və Xocalı istiqamətində azan oxundu - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xankəndi və Xocalı istiqamətində azan oxundu - Video

İşğaldan azad edilmiş ərazilərdə Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı azan oxunub.

Axar.az xəbər verir ki, vaxtilə Şuşa və Ağdam Cümə məscidlərində verilmiş azanın audioyazısı fevralın 26-da səyyar səsyayıcı stansiyalar vasitəsilə Şuşadan Xankəndi, Ağdamdan isə Xocalı və Əsgəran istiqamətlərində səsləndirilib.

Azan səsi ətrafda, eləcə də ermənilərin yaşadığı ərazilərdə aydın eşidilib.

Azan səsi növbəti dəfə 16:58-də səsləndiriləcək.

Qeyd edək ki, bu azanı işğaldan bir qədər əvvəl Şuşa Musiqi Texnikumunun müəllimi Hafiz Sədrzadə oxuyub və lentə alınıb. Hafiz Sədrzadə Ağdamda yaşayıb, işğaldan sonra məcburi köçkün kimi Pirşağı qəsəbəsində məskunlaşıb. Hafiz Sədrzadənin atası uzun illər Ağdam Cümə məscidinin axundu olub, böyük dini alim kimi tanınıb. O, bu azanı “Zəminxarə” muğamı üstündə oxuyub.

Tarix
2022.02.26 / 16:20
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğanın sevdiyi mahnı Xankəndidə səsləndirildi - Video

İlham Əliyevlə Ərdoğanın birgə mətbuat konfransı - Video

Ərdoğan Zəfər Günü ilə əlaqədar paylaşım etdi

Prezidentlər Şuşa qalası önündə - Foto

Əliyev və Ərdoğandan qardaşlıq mesajı - Foto

Prezidentlər Zəfər abidəsinin önünə əklillər qoydular

Türkiyə Ağdamda yeni məktəb inşa edir

Birinci xanımlar çay masası əsnasında söhbət ediblər - Foto

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Türkiyə Ərdoğanın rəhbərliyi ilə böyük gücə çevrilib - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla