Yuxarı

Qazilər Şurası ANS-in fətvasını verdi: “Cinlə oturub-dururlar” - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qazilər Şurası ANS-in fətvasını verdi: “Cinlə oturub-dururlar” - Video

"Bu cür işlərlə məşğul olan adamlar da xəstədir və özlərini həkimə göstərməlidirlər"

"Bu adamlar insanları dolayırlar. Elmin inkişaf etdiyi bir dövrdə bu cür şouların yaradılması nəyə lazımdır?"

Bunu AzNews.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurasının üzvü, qurumun fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə deyib.

Azərbaycan bəzi televiziya kanallarında, o cümlədən sosial şəbəkələrdə yer alan "cin çıxarma əməliyyat"ı haqda danışan M. Seyidzadə bu cür halların mediaya yol tapmasını kəskin pisləyib:

"İki-üç nəfər axmaq, ANS-in təşkil etdiyi verilişdə cəmləşib, bilmədikləri məsələlər haqqında ağızlarına gələni danışırlar. Həzrəti Əlinin bir kəlamı var. O deyir ki, nadan özünü tanımırsa, Allahı necə tanıyacaq? Bunlar nadan adamlardır, axmaqdılar və onların ağılları sıfır dərəcəsindədir. Cinlə oturub-dururlar. Bunlar cindən yapışıb, dünyanı bizə güldürürlər".

QMİ rəsmisi həmin vətəndaşlara da müraciət də edib, belə məsələlərə inanmamağa çağırıb:

"Əlbəttə, cin var və o öz işindədir, sən də öz işində ol. Xəstə adamdır, getsin həkimə müraciət etsin, bu nədir axı... Həmin verilişi təşkil edən və aparan insanlar da özləri üçün şou yaratmaq istəyir. Bu cür verilişlərlə də insanları biabır edirlər. İnsan belə verilişlərə baxdıqca artıq psixoloji problemlər yaşayırlar.

Hansı kütləvi informasiya vasitəsinə baxırsan "cin belə getdi, şeytan da belə gəldi" danışırlar. Bunlar boş-boş söhbətlərdir. Onlara ağıl qoyan yoxdur. Bir ağıllı adam yoxdur ki, onlara desin, gedin oturun yerinizdə, bu nə işdir edirsiniz?

Onlar Allahı, Peyğəmbəri tanısalar belə etməzlər. Deməli, tanımırlar və bu cür hərəkətlərə yol verirlər".

O, məsələnin dini baxımdan şərhini də verib: "Qurani-Kərimdə Cin sürəsi var və Allahu-Təala bununla bağlı insanlara bəzi məsələləri çatdırır. Allah-Təala buyurur ki, mənim adım gələn yerdə nə şeytan qalar, nə də cin.

Həmin adamlar özləri cindir və cinləri də yığırlar başlarına. Axmaq-axmaq hərəkət edirlər. Bu gün mən xəstələnmişəm və ağzıma gələni danışıram. O demək deyil ki, cin mənim içimə girib. Cinin girməyə başqa yeri yoxdur? Ümumiyyətlə, bu cür işlərlə məşğul olan adamlar da xəstədir və onların özlərini həkimə göstərməyə ehtiyacları var".

Xatırladaq ki, bir neçə gün əvvəl aparıcı Elgiz Əkbərin təqdimatı ilə ANS televiziya kanalında yayımlanan "Adam içində" proqramı zamanı Həsən adlı ekstrasens canlı efirdə bədəndən cin çıxardığını iddia edib.

O, veriliş boyu epilepsiya xəstəsi olan və daxilində cin olduğu deyilən gənc qızın bədənindən cin çıxardığını iddia edir. Proqramda iştirak edən həkim isə "Bu insan xəstədir, müalicə almalıdır" - deyib.

Verilişdən sonra da "Cin çıxarma" əməliyyatı davam edib və bu proses çəkilərək, sosial şəbəkələrdə yayılıb.

Tarix
2014.01.13 / 11:24
Müəllif
Axar.az
Digər xəbərlər

Yanğında həlak olan azyaşlı vəkilin qızı imiş

Ölkədə breketə görə əsgərlikdən möhlət verilir? - Rəsmi

4 gəncin öldüyü “Lake Hotel”dən yeni xəbər var

"Forbes" İranın gücündən yazdı: Siyahıda Azərbaycan da var

Azərbaycan Türkiyə və Avstraliyanı bunun üçün təbrik etdi

Gültəkin Hacıbəylinin Mehdiyev sevgisi: Gizli oyunlar...

1 milyona ev, 440 minə cip - Rektorun milyonluq xərci

Göyçayda məzar daşı: Türkiyə səfirliyi hərəkətə keçdi - Foto

Ermənistan nümayəndələri Hikmət Hacıyevlə görüşdü - Foto

Ramiz Mehdiyevin səhhəti pisləşdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla