Yuxarı

Azərbaycan Ali Hərbi Məktəbinin sabiq rəisi həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan Ali Hərbi Məktəbinin sabiq rəisi həbs edildi

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) keçmiş rəisi həbs edilib.

"Axar.az"ın APA-ya istinadən xəbərinə görə, bu barədə məlumat Bakı Hərbi Məhkəməsindən bildirilib.

Məlumata görə, polkovnik Mirzəli Yusifov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, M. Yusifov əvvəllər Müdafiə Nazirliyinin 112 saylı alayının (sülhməramlı tabor da bu alayın tərkibindədir) komandiri olub. Daha sonra AAHM-ə qərargah rəisi təyin edilən M. Yusifov bir neçə il hərbi məktəbin rəisi vəzifəsini də icra edib. Zakir Həsənov müdafiə naziri təyin edildikdən sonra M. Yusifov vəzifədən uzaqlaşdırılıb.

"Axar.az"dan: Xatırladaq ki, bu gün "Axar.az" olaraq hәrbi ekspert Üzeyir Cәfәrova istinadәn verdiyimiz bir xәbәrdә bu haqda bildirmişdik. Xәbәrdә deyilirdi:

"Әldə etdiyimiz son məlumatlardan biri də bu yaxınlara qədər MN sistemində general vəzifəsində olmuş polkovnik rütbəli bir vəzifəli şəxsin rüşvət alma ittihamı ilə həbs edilməsi xəbəridir ki, MN özü bu məsələyə gün ərzində aydınlıq gətirsə, yaxşı olar".

Tarix
2014.01.13 / 20:45
Müəllif
Axar.az
Digər xəbərlər

Teymur Hacıyev işdən çıxarıldı - Qərarla razı deyil

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları ilə bağlı dəyişiklik

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Gürcüstandan Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan-AB münasibətlərində yeni mərhələ...

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla