Yuxarı

Nazirliyə 9 min müraciət edilib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirliyə 9 min müraciət edilib

Bir ay ərzində nazirliyin "Qaynar xətt"inə 8,9 minə yaxın müraciət daxil olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Axar.az-a verilən məlumata görə, 142 - Çağrı mərkəzi tərəfindən avqust ayında 8897 müraciət cavablandırılıb.

Müraciətlərin 3702-i sosial təminat, 2104-ü əmək qanunvericiliyi, 1433-ü elektron xidmətlərindən istifadə, 943-ü tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası və 715-i məşğulluq məsələlərinə aid olub.

Avqust ayında daxil olan müraciətlərin sayı əvvəlki iyul ayı ilə müqayisədə 8,4 faiz azalıb.

Nazirliyin elektron xidmətlərindən istifadə ilə bağlı müraciətlərin sayı isə 10,6 faiz artıb. Bu da nazirliyin e-xidmətlərindən faydalanmaq istəyənlərin sayının getdikcə artdığını göstərir.

Tarix
2015.09.02 / 11:26
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla