Yuxarı

Şad xəbər: Sosial evlər tikiləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şad xəbər: Sosial evlər tikiləcək

Yaxın gələcəkdə Azərbaycanda sosial evlərin tikintisi planlaşdırılır.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.

İyulun 13-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının Azərbaycanda ipoteka şərtlərinin sadələşdirilməsi ilə bağlı verdiyi tapşırığı xatırladan millət vəkili qeyd edib ki, hazırda bu istiqamətdə işlər aparılır.

Onun sözlərinə görə, hazırda bununla bağlı layihə hazır olmasa da, dünya ölkələrinin bu sahədəki təcrübəsi öyrənilir: "Biz Almaniya və son dövrlər bu sahədə uğur qazanan Sinqapur kimi ölkələrin təcrübəsini öyrənirik. Təbii ki, təcrübələr öyrənildikdən sonra yəqin ki, gələcək zamanlarda Azərbaycanda da bunun tətbiqinə başlayacağıq. Məsələn, belə bir təcrübə var. Dövlət özü evləri tikib, ucuz qiymətə kirayəyə verir. Kirayə haqları evin satış qiymətinə gəlib çatanda ev qalır orada yaşayan şəxsə. Bundan başqa təcrübələr də var".

M.Quliyev Bakıdakı sıxlığı əsas gətirərək başqa bir təkliflə çıxış edib. Onun fikirincə, yeni tikiləcək sosial evlər daha çox regionlarda olsa paytaxtda yaranacaq sıxlığın qarşısını da almaq olar: "Bakıda çox sıxlıqdır. Ona görə də bu layihənin bizim böyük şəhərlərimiz olan Şirvanda, Gəncədə və digər zonalarda həyata keçirilməsi yaxşı olardı".

Tarix
2015.09.05 / 15:27
Müəllif
Axar.az
Digər xəbərlər

Paris Bakını blokladı, Türkiyə dərhal hərəkətə keçdi

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla