Yuxarı

Bakı metrosunda təhlükəsizlik sədləri quraşdırılacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı metrosunda təhlükəsizlik sədləri quraşdırılacaq

Bakı metrosunun yeni tikiləcək stansiyalarında sərnişinlərin təhlükəsizliyi və intihar hallarının qarşını almaq üçün platformalara yaxın yerdə xüsusi sədlərin qoyulması istisna olunmur.

Bunu Trend-ə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, sözügedən məsələ sadə proses deyil: "Sərnişinlərin təhlükəsizliyi mürəkkəb məsələ olduğundan, bu, yalnız stansiyaların layihələndirilməsi zamanı nəzərə alına bilər. Bizdə də indiyə qədər belə bir layihə olmayıb. Amma gələcəkdə təbii ki, ola bilər. Bununla bağlı müvafiq qərarlar verilə bilər".

Ekspert Azər Allahverənov isə Trend-ə açıqlamasında bildirib ki, xarici ölkələrin metro stansiyalarındakı sədlər də sərnişinlərin təhlükəsizliyinin təmin olunmasında çox ciddi effekt vermir: "Sədlər nə qədər hündür olsa belə, intihar etmək istəyən şəxs öz istəyini həyata keçirə bilər. Ona görə də elə bir mexanizm düşünmək lazımdır ki, həqiqətən də insanların təhlükəsizliyinə xidmət etsin. Məsələn, ilk növbədə qatarların sürət həddini müyyənləşdirmək və azaltmaq lazımdır. Çünki qatarlar stansiyaya sürətlə daxil olur. Bu elementi diqqətdə saxlamaq və elə etmək lazımdır ki, maşinist kiminsə relsə düşdüyünü gördüyü halda, əyləci basıb qatarı saxlamaq imkanına malik olsun".

Qeyd edək ki, sentyabrın 5-də metronun "28 May" stansiyasında 18-20 yaşlarında bir oğlan özünü qatar reyslərinin üstünə ataraq intihar edib. Bu hadisədən sonra metroda sərnişinlərin təhlükəsizliyi məsələsi yenidən gündəmə gəlib.

Tarix
2015.09.07 / 11:58
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla