Yuxarı

Bakı Teleqülləsi təmir edilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı Teleqülləsi təmir edilir

Bakı Teleqüllə Kompleksində yenidənqurma işləri aparılır.

Axar.az xəbər verir ki, təmir işləri Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Teleradio" İstehsalat Birliyinin mütəxəssisləri tərəfindən aparılır.

Kompleksin +200 metr səviyyəsindən son nöqtəsi olan +310 metr səviyyəsinədək olan metal hissəsi təmir edilərək, sintetik lüks parlaqlıq boyası ilə rənglənib.

Qeyd edək ki, Teleqüllənin metal hissəsinin +230 m. səviyyəsindən +254 m. səviyyəsinədək olan hissəsində yerləşmiş I və II TV diapazonlu, 75 Om-luq köhnə anten sistemləri çıxarılıb.

Əvəzində, İtaliyanın "Aldena" şirkətinin istehsalı olan, gücü 35 kVt-lıq yeni 8 mərtəbəli FM antena sistemi layihələndirilib və hazırda quraşdırılma işləri davam etdirilir.

Nəticədə, bu ilin sonunadək, 87.50-108.00 MHs tezliyində yayımlanacaq yeni FM radio proqramlarının Bakı şəhəri və Abşeron yarımadasında, həmçinin ondan 100 km radiusda olan ərazidə inamlı qəbulu təmin ediləcək.

Tarix
2015.09.07 / 18:15
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İran rejiminin süqutu başlayıbmı?

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla