Yuxarı

İbtidai sinif müəllimlərinə kurs keçildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İbtidai sinif müəllimlərinə kurs keçildi

Təhsil Nazirliyi ibtidai sinif müəllimləri üçün ixtisasartırma kursları təşkil edib.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, ixtisasartırma kursları YUNİSEF-in maliyyə dəstəyi ilə "İnkişaf" Elmi-Praktik Mərkəzi tərəfindən həyata keçirilib.

Seçilmiş müəllimlər üçün 132 saatlıq kurs müəyyən edilib. İlk növbədə kurslara IV siniflərdə dərs deyən 114 nəfər müəllim cəlb olunub. Paytaxtın ətraf yaşayış məntəqələrində yerləşən məktəblərdə çalışan müəllimlərin iştirak etdiyi kurslar 5 təlim mərkəzində keçirilib.

Almaniyadan dəvət edilmiş praktik psixoloq Qalina Heynzelman müdavimlərlə görüşüb və onları maraqlandıran sualları cavablandırıb.

İxtisasartırma kursunun yekununda müdavimlərin qiymətləndirilməsi aparılıb. Ümumilikdə, 114 nəfər müdavimdən 113-ü qiymətləndirmədə iştirak edib, onlardan 65 nəfəri yaxşı nəticə göstərib.

Tarix
2015.09.09 / 12:06
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İrəvandan TRİPP-lə bağlı mühüm açıqlama

Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu

XİN Türkiyəyə başsağlığı verdi

Türkiyədə helikopter qəzası: 5 hərbçi şəhid oldu - Video

Ermənistandakı bu layihəni alqışlayırıq

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla