Yuxarı

Gənc ana 7 aylıq qızı ilə evdən qaçdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gənc ana 7 aylıq qızı ilə evdən qaçdı

Daxili İşlər Nazirliyi 7 aylıq qızını da götürərək evdən qaçan ana ilə bağlı məlumat yayıb.

DİN-dən Axar.az-a verilən məlumata görə, Salyan rayonunun I Varlı kənd sakini Aslan Əsədov 27.08.2015-ci il tarixdə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib. O, müraciətində bildirib ki, həyat yoldaşı, 02.06.1994-cü il təvəllüdlü Xanpəri Hüseynova azyaşlı qızı 13.02.2015-ci ildə anadan olmuş Nuray Əsədovanı da götürərək avqustun 23-də saat 15.00-16.00-da evdən çıxıb. Məlumata görə, o, evdən çıxarkən özü ilə şəxsiyyət vəsiqəsini və uşağa aid geyim əşyalarını da götürüb.

Xanpəri Hüseynovanın xarakterik əlamətləri aşağıdakılardır:

Boyu təqribən 175 santimetr, orta bədən quruluşludur. Qara uzun saçlı, yumru sifətli, qara qalın qaşlı, gözlərinin rəngi qəhvəyidir, çənəsində qara xalı var. Əynində qara rəngli yubka və qara yay köynəyi, ayağında isə sabo olub.

Xanpəri Hüseynovanı və qızı Nurayı görənlərdən və ya itkin düşmüş bu şəxslər haqda hər hansı məlumatı olanlardan DİN-in "102" Xidmətinə, (050) 974-65-02, (050) 341-49-64 nömrəli mobil və (021) 255-51-83 nömrəli telefonlara zəng vuraraq məlumat vermələri xahiş olunur.

Tarix
2015.09.10 / 09:49
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla