Yuxarı

Nazir yüksək bal toplayan tələbələrlə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir yüksək bal toplayan tələbələrlə görüşdü

Təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Dövlət İqtisad Universitetində qəbul imtahanlarında yüksək nəticə qazanmış tələbələrlə görüşüb.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, görüşdə Bakı ilə yanaşı Gəncə, Abşeron, Bərdə, Qəbələ, Cəbrayıl, Zaqatala, Qubadlı digər rayon və şəhərləri təmsil edən tələbələr iştirak edib.

Görüş iştirakçılarını tələbə adı qazanmaları münasibətilə təbrik edən Mikayıl Cabbarov uğurlarının davamlı olmasını arzulayıb.

Görüş zamanı nazir tələbələrin çoxsaylı suallarını cavablandırıb, orta məktəbi qızıl medalla bitirən tələbələrlə fikirlərini bölüşüb.

Dövlət Proqramı barədə ətraflı məlumat verən Mikayıl Cabbarov ölkəmizdə ali təhsilin inkişaf perspektivləri ilə bağlı danışıb. Nazir tələbələrimizə ölkə daxilində və ya xaricdə oxumağından asılı olmayaraq, Azərbaycanı layiqincə təmsil etməyi, fəal vətəndaşlıq mövqeyi nümayiş etdirməyi tövsiyə edib.

Görüşün sonunda Mikayıl Cabbarov təhsil alanlar üçün geniş imkanlar yaradıldığını qeyd edib və hər bir tələbəni dövlətimizin yaratdığı bu fürsətdən yararlanmağa çağırıb.

Tarix
2015.09.10 / 14:18
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla