Yuxarı

Bir sıra cinayətlərin açılması çox yaxındır - Baş prokuror

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bir sıra cinayətlərin açılması çox yaxındır - Baş prokuror

Biz ilk günlərdən çalışdıq ki, əvvəlki illərdən bağlı qalmış ölüm işlərinin açılmasına nail olaq.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

“Bilirsiz ki, ölüm işləri bağlı qaldıqca cəmiyyətdə müəyyən cəzasızlıq mühiti yaradır. Ona görə də bu, bizim fəaliyyət istiqamətimiz üçün çox vacibdir. Ümumiyyətlə şəxsiyyət əleyhinə və gizlilik şəraitində törədilən ölüm işlərinin açılması istiqamətində xüsusi qruplar yaradılıb. Burada prokurorluğun müstəntiqləri, xüsusi ilə qeyd etməliyəm ki, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin peşəkarları bu işə cəlb olunublar. Üç qurum birlikdə bu istiqamətdə fəaliyyət göstərir. Ötən il 8, bu il isə 7 belə cinayət işinin açılması təmin edilib. Bir sıra cinayətlərin üstünün açılması isə çox yaxındır”, - o vurğulayıb.

Tarix
2022.05.18 / 17:17
Müəllif
Axar.az
Digər xəbərlər

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla