Yuxarı

Qazimizin Ərdoğana hədiyyəsi gündəm oldu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qazimizin Ərdoğana hədiyyəsi gündəm oldu - Foto

Vətən müharibəsində xidmətlərinə görə 9 medalla təltif olunmuş Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı Şəmsəddin Qurbanov 44 günlük müharibə zamanı üzərində gəzdirdiyi Türkiyə bayrağını Rəcəb Tayyib Ərdoğana təqdim edib.

Axar.az Teleqraf.com-a istinadla xəbər verir ki, Şuşada yaralanmış qazimizin bu görüntüləri sosial şəbəkədə gündəm olub.

Qeyd edək ki, Şəmsəddin Qurbanov müharibəz zamanı həmçinin Azərbaycan bayrağını da daim üzərində gəzdirib.

O, müsahibələrinin birində deyib:

"Cəbrayıla daxil olanda düşmənin XTQ-si ilə qarşı-qarşıya gəldik. Həmin vaxt bizim bir qrup yüksək rütbəli zabitimiz atəşə tutuldu. Mən bayrağı əlimə götürüb başımın üstündə tutdum və düşmən üzərinə atıldım. Asfalt yolla irəlilədim. Yanlarına çatana qədər sağıma-soluma artilleriya zərbələri atılırdı. Snayper güllələri yanıma düşürdü. Arxamca yoldaşlarım gəldilər. Orada düşməni məhv elədik. Biz bir gülləni də boşa atmırdıq. O döyüşdən sonra həmin bayraq deşik-deşik idi. Artıq o bayraq da mənimlə bərabər qazidir. O qisas bayrağıdır. Mən onu Şuşada dalğalandırmaq niyyətində idim, amma həmin vaxt yaralılarımız, şəhidlərimiz var idi, mən komandir kimi onları ərazidən çıxarırdım. Ona örə bayrağı Şuşaya sanca bilmədim...”

Tarix
2022.05.18 / 23:23
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla