Yuxarı

Millət vəkili Ağdamda qazilərlə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili Ağdamda qazilərlə görüşdü

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva V Beynəlxalq Həmzə Nigari Simpoziumunun keçirildiyi Quzanlıdakı Ağdam Muğam Mərkəzində bir qrup şəhid ailəsi, qazi və türk dünyasından aydınlarla görüşüb.

Axar.az xəbər verir ki, görüşdə Həmzə Nigari nəslinin təmsilçiləri, Laçının Cicimli kənd nümayəndələri və simpoziumun təşkilatçılarından olan Amasiya Universitetini təmsil edən alimlər, Amasiyadakı Azərbaycan Türkləri Kültür Sənət və Dayanışma Dərnəyi rəhbərliyi də iştirak edib.

“Həmzə Nigari özü Laçının Cicimli kəndində doğulub. İndi onun doğulduğu kənd də daxil olmaqla, torpaqlarımız azaddır. 44 günlük müharibədə, ümumən son 30 ildə haqlı davamıza mənəvi dəstək göstərən qardaş ölkəmizə, aydınlara könül dolusu təşəkkür edirik”, - millət vəkili bildirib.

Görüş qarşılıqlı müzakirələrlə davam edib.

Qeyd edək ki, V Beynəlxalq Həmzə Nigari Simpoziumu 17 mayda öz işinə başlayıb və ötən gün yekunlaşıb.

Tarix
2022.05.20 / 10:23
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla