Yuxarı

Bakıda "məktəbdə bomba var" deyənə 7 il cəza verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda "məktəbdə bomba var" deyənə 7 il cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda orta məktəbə bomba qoyulması barədə yalan məlumat verməkdə təqsirləndirilən Pərviz Məmmədovun işi üzrə məhkəmə prosesi olub.

Axar.az xəbər verir ki, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

Onun sözlərinə görə, Mərdəkandakı avtobus dayanacağında iki gəncin bir-biri ilə söhbəti zamanı məktəbin damına bomba qoyulması haqda dediklərini eşidib:

"Eşitdiklərimi də xəbər vermək qərarına gəldim və yaxınlıqdakı taksofondan polisə zəng vurdum".

Prokurorun həmin məlumatın doğruluğuna əmin olmadan niyə belə bir addım atması haqda sualına cavab verən təqsirləndirilən şəxs bildirib ki, əvvəllər məhkumluq həyatı yaşayıb:

"Belə yaşamaqdan bezmişdim. Əvvəl həbsdə olmuşdum, çıxandan sonra iş tapa bilmirdim. Məşğuliyyət tapa bilmirdim. Bir baxanım, arxa duranım da yox idi. Fikrimdən keçirdi ki, qayıdım yenə türməyə...”

Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Pərviz Məmmədov 7 il azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. Pərviz Məmmədov DİN-in “102” Xidmətinə zəng edib deyib ki, 181 saylı orta məktəbin damına bomba qoyulub. Hadisə yerinə gələn polis əməkdaşları məktəbin damında bomba olmadığını görəndən sonra zəngin haradan gəldiyini və zəng edən şəxsin kimliyini müəyyənləşdiriblər.

Tarix
2022.05.20 / 19:07
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyev Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla