Yuxarı

Ölkədə siqaret kəskin bahalaşacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölkədə siqaret kəskin bahalaşacaq

Daxili siqaret istehsalı əhəmiyyətli dərəcədə Ukrayna tütünündən asılı vəziyyətdədir. Nəzərə almaq lazımdır ki, Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlaması səbəbindən Ukraynadan hazırda tütün almaq imkanlarımız sıfra bərabərdir və ən azı yaxın 1-2 ayda tədarükün bərpa olunacağı gözlənilmir. Bu isə daxili bazarda siqaretin təklifinə və onun qiymətlərinə təzyiq göstərəcək faktor ola bilər.

Axar.az xəbər verir ki, millət vəkili Müşfiq Cəfərov Bakupost.az-a açıqlamasında mövcud vəziyyətin tütün məhsullarının qiymət artımına gətirib çıxaracağını bildirib:

“Heç kim proqnoz verə bilmir ki, müharibə nə zaman dayanacaq. Bütün ölkələrdə olduğu kimi, bizdə də tütünlə bağlı tədarük azalır. Böyük ehtimalla biz başqa tütün istehsal edən ölkələrə müraciət edəcəyik. Məsafədan asılı olaraq daşınma xərcləri çox olduğu üçün qiymət fərqliliyi, yəni bahalaşma ola bilər. Ümumiyyətlə satışda tütün məhsulu tapmamaq ehtimalı da gündəmdədir. Mövcud vəziyyətdə bütün bunlar tütün məhsullarının qiymət artımına gətirib çıxaracaq.

Düşünürəm ki, digər məhsullarda olduğu kimi, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi daxili bazarın tələbatını ödəmək məqsədilə tütün məhsullarının əkilməsi ilə məşğul olan fermerlərə müəyyən imkanlar yaratmalıdırlar. Əlbəttə, siqaret elə bir zərərli vərdişdir ki, insanlar bunu tərgitmək üçün çalışsalar, daha yaxşı olar. Həm maddiyyat, həm də insan sağlamlığına ziyandır. Bu baxımdan tütünə olan tələbatımızı da azaltmaq daha faydalıdır. Məlumdur ki, bunu birdən etmək mümkün deyil. Amma istənilən halda bahalaşma olan məqamlarda tütündən uzaq durmaq daha məqsədəuyğundur”.

Tarix
2022.05.20 / 21:26
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - Siyahı

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla