Yuxarı

Pakistanlı institut direktoru ADU-da

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pakistanlı institut direktoru ADU-da

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Pakistanın Müsəlman Araşdırmaları İnstitutunun direktoru Sultan Əli Əhmədlə görüşüb.

Axar.az xəbər verir ki, rekrot qonağı rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnun olduğunu deyib. Bildirib ki, Azərbaycanda Pakistana böyük sevgi və hörmət var:

“Vətən müharibəmizdə Pakistan dövləti və xalqı bizə böyük mənəvi dəstək oldu. Buna görə hər birimiz minnətdarıq. Vətən müharibəsi günlərində küçələrdə Azərbaycan, Türkiyə və Pakistan bayraqları dalğalanırdı”.

Kamal Abdulla əlavə edib ki, Azərbaycan Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzi uğurla fəaliyyət göstərir: “Mərkəzin açılış mərasimində Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər iştirak edib. Analoji olaraq Pakistan Müasir Dillər Universitetində Azərbaycan Mədəniyyət Mərkəzi təşkil olunub və həmin mərkəzin açılışı olacaq. İnanıram ki, sizin rəhbərlik etdiyiniz Pakistanın Müsəlman Araşdırmaları İnstitutu ilə əməkdaşlığımız gələcəkdə müxtəlif vacib layihələrin həyata keçirilməsi şəklində özünü göstərəcək”.

Pakistanın Müsəlman Araşdırmaları İnstitunun direktoru Sultan Əli Əhməd ADU-da olmaqdan məmnun olduğunu deyib. Qonaq ADU-da Pakistan Mədəniyyət Mərkəzinin uğurlu fəaliyyətini yüksək dəyərləndirib: “Universitetimizin Azərbaycanın Pakistandakı səfirliyi ilə sıx əlaqəsi var. Xocalı soyqırımına həsr olunan tədbirlərdə iştirak edir, fikirlərimizi bölüşürük. Azərbaycan Dillər Universiteti xarici dillərin tədrisi sahəsində nüfuzlu ali məktəbdir və geniş beynəlxalq əlaqələri var. İnanıram ki, müxtəlif istiqamətlərdə yaxından əməkdaşlığımız real olacaq”.

Daha sonra qonaq Pakistan Mədəniyyət Mərkəzi ilə tanış olub.

Tarix
2022.05.20 / 22:42
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla