Yuxarı

Cavid Qurbanov yeni vəzifəsində nə iş görəcək?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cavid Qurbanov yeni vəzifəsində nə iş görəcək?

Xəbər verdiyimiz kimi, rəqəmsal inkişaf və nəqliyyat nazirinin birinci müavini vəzifəsi ləğv edildi (Əli İzzət oğlu Abdullayev işdən azad olundu), müavinlərin sayı isə 2-dən 5-ə qaldırıldı. Daha öncədən fəaliyyət göstərən iki nazir müavinindən (Rəhman Hümmətov, Rövşən Rüstəmov) əlavə Prezidentin sərəncamı ilə daha 3 müavin təyin edildi: Fərid Əhmədov, Samir Məmmədov və Cavid Qurbanov.

Axar.az xəbər verir ki, yeni nazir müavini F.Əhmədovun innovasiya və təhsil layihələrinə, İnnovasiyalar Agentliyinin, Elektron Təhlükəsizlik Xidmətinin, digər müavin S.Məmmədovun isə nazirliyə məxsus "Aztelekom", "Baktelekom və "AzInTelecom" MMC-lərin fəaliyyətinə nəzarət edəcəyi bildirilir.

Ancaq Azərbaycan Dəmir Yolları QSC-nin rəhbəri vəzifəsindən azad edilərək, rəqəmsal inkişaf və nəqliyyat nazirinə müavin gətirilən Cavid Qurbanovun hansı sahə üzrə fəaliyyət göstərəcəyi hələ də aydın deyil. Bununla bağlı sorğuya da nazirlikdən cavab verilmədi.

Tarix
2022.05.28 / 12:16
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

Prezidentə təbriklər davam edir

Pakistan prezidenti İlham Əliyevə məktub göndərdi

47 min Qarabağ ermənisi vətəndaşlıq aldı

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla