Axar.az
Yuxarı

Magistraturaya növbəti qəbul imtahanı keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı (II cəhd) və peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsini (qanunvericilik üzrə) keçirib.

Axar.az DİM-ə istinadən xəbər verir ki, magistraturaya qəbul imtahanı Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 61 binada təşkil edilib. Binalarda bakalavrların rahat imtahan verməsi üçün zəruri şərait yaradılıb.

İştirakçıların imtahan vaxtını düzgün idarə edə bilməsi üçün Bakı və regionlar da daxil olmaqla bütün imtahan zalları saatla təmin olunub.

Məlumat üçün qeyd edək ki, imtahanda iştirak üçün 14 843 bakalavr ərizə təqdim edib. İmtahanda 5 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil və hərəkət məhdudiyyətli) bakalavr da iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli bakalavrların bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

İmtahan nəticələrinin yaxın 3-4 gün ərzində elan edilməsi nəzərdə tutulur.

PMS imtahanı isə Bakıda 2 binada təşkil olunub. İmtahanda iştirak etmək üçün 522 nəfər müraciət edib. İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması ilə əlaqədar yaxın 10 gün ərzində elan olunacaq.

Tarix
2022.05.29 / 14:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bacımı binadan atıblar... – Kəngərlinin qardaşından şok

Sabah hava necə olacaq?

Tarixi əşyaların qaçaqmalçılığının qarşısı alındı

Sürücülük hüququ olmadan avtobus sürdü: həbs edildi

Nazirlik: Ucuz malların yerini özünüz tapın

DSMF-nin 2022-ci il üçün büdcəsi təsdiqləndi

Zaqatalada sel fəsadlar törətdi - Foto

2022-ci ilin dövlət büdcəsinə dəyişikliklər təsdiqləndi

Əmək pensiyalarına edilən dəyişikliyin detalları – Rəsmi

Növbədənkənar iclas başladı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla