Yuxarı

Türkiyədən nömrə nişanlarını oxuya bilən sistem alınır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədən nömrə nişanlarını oxuya bilən sistem alınır

"Intelligent Patrol" sistemi vasitəsilə hərəkətli halda belə oğurlanmış, axtarışda olan və ya saxta dövlət nömrə nişanı qurulmuş nəqliyyat vasitələrini təsbit edilə biləcək.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, Azərbaycan Türkiyədən polis maşınlarına görmə məsafəsində bütün dövlət nömrə nişanlarını avtomatik oxuyub araşdıra bilən "Intelligent Patrol" sistemi alır.

Yanvarın 9-da təqdimatı keçirilmiş sistemin ilk müştərisi Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləridir.

"Intelligent Patrol" sistemi vasitəsilə polis maşınları hərəkətli halda belə oğurlanmış, axtarışda olan və ya saxta dövlət nömrə nişanı qurulmuş nəqliyyat vasitələrini təsbit edə biləcək.

Bundan başqa, arxa və ön kamera ilə davamlı müşahidə aparan sistem bütün nəqliyyat vasitələrinin sürətini qeydə almaqla sürət həddini aşan avtomobilləri müəyyənləşdirir. Bu kameralar vasitəsilə mərkəzdən də real vaxt rejimində bütün prosesi müşahidə etmək mümkündür. Sistemə üz tanıma, havada çirklənməni ölçmə sensorları da daxildir.

Qeyd edək ki, Türkiyənin "Ekin Technology" şirkəti Bakıda "Təhlükəsiz Şəhər" sistemini, həmçinin Bakı Metropolitenində nəzarət sistemini qurub.

Tarix
2014.01.15 / 19:52
Müəllif
Axar.az
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla