Yuxarı

Prezident Rumıniya nümayəndə heyətini qəbul etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident Rumıniya nümayəndə heyətini qəbul etdi

11:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədri, Rumıniyanın energetika naziri Virgil-Daniel Popeskunu, kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Adrian-İonuts Kesnoyunu və Rumıniya Prezidentinin strateji layihələr üzrə xüsusi nümayəndəsi Ana Birçalı qəbul edib.

Axar.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Rumıniya arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb. Bir çox sahələrdə, xüsusilə enerji, kənd təsərrüfatı sferalarında hərtərəfli əməkdaşlıq, enerji təchizatı, ərzaq təhlükəsizliyi, kənd təsərrüfatında yeni texnologiyaların və elektron sistemlərin tətbiqi ilə bağlı təcrübə mübadiləsi, gələcəkdə bir çox iqtisadi layihələrin icrasına dair məsələlər müzakirə olunub.

Söhbət zamanı hökumətlərarası komissiyanın iclasının keçiriləcəyi qeyd edilib və komissiyanın fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.

Tarix
2022.06.23 / 12:00
Müəllif
Axar.az
Digər xəbərlər

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla