Yuxarı

Avstraliyaya göndərilən bağlamada tiryək çıxdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avstraliyaya göndərilən bağlamada tiryək çıxdı

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə poçt vasitəsilə ölkə ərazisindən qanunsuz olaraq narkotik vasitələrin göndəriləcəyi barədə əməliyyat məlumatı daxil olub.

Dövlət Gömrük Komitəsindən Axar.az-a verilən məlumata görə, daxil olan məlumat əsasında sürətli poçt daşıma şirkəti vasitəsilə Azərbaycandan Avstraliyaya göndərilən, ümumi çəkisi 8,45 kq olan poçt bağlaması saxlanılıb.

Bağlamaya əvvəl “Layma” ləqəbli kinoloji xidmət iti tətbiq olunub və xidməti it poçt bağlamasına reaksiya verib. Bundan sonra qanunvericiliyə uyğun olaraq poçt daşıma şirkətinin əməkdaşının və hal şahidlərinin iştirakı ilə yoxlanılan poçt bağlamasından 1 ədəd boz rəngli çarpayı üçün qızdırıcı döşək, 1 ədəd kişi şalvarı və 2 ədəd kişi köynəyi aşkar edilib.

Daha sonra qızdırıcı döşəyin tikişləri sökülüb və içərisində tünd rəngli döşəyin üzərinə hopdurulmuş vəziyyətdə, gömrük nəzarətindən gizlədilmiş açıq qəhvəyi rəngli, kəskin iyə malik narkotik vasitəyə oxşar maddə aşkar edilib.

Aparılan ekspertiza tədqiqatına əsasən təmiz xalis çəkisi 402 qram olan tünd qəhvəyi rəngli həmin maddənin kustar üsulla hazırlanmış narkotik vasitə-asetilə edilmiş tiryək olduğu məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2022.06.23 / 14:39
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyev Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla