Yuxarı

Pensiyalar nə qədər artacaq?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” qanununda dəyişiklik edib. Qanuna əsasən, ümumilikdə fonda 300 milyon manat profisit əlavə edilib. Ötən gün Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev deyib ki, fond üçün nəzərdə tutulan məbləğin pensiya və müavinətlərin artırılması üçün istifadəsi gözlənilir.

Axar.az-a məsələ ilə bağlı açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, ayrılan məbləğin bütün sosial müavinət və təqaüdlərə şamil olunacağı şübhə doğurur:

“Sosial Müdafiə Fonduna ayrılan 299 milyon manat vəsaitin həcmi bütün sosial müavinət və təqaüdlərin artırılması üçün kifayət qədər azdır. Amma bu məbləğ həssas təbəqə, məsələn, qazilərin sosial müdafiəsi və aztəminatlı ailələrin müavinətlarının artırılmasında istifadə oluna bilər”.

Qeyd edək ki, məbləğin 1 milyon manatı İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsinin gəlir və xərclərin artırılması üçün, 4 milyonu yanvar ayında doğuşa görə 200-dən 300 manata qaldırılan müavinətə, DOST xidmətlərinin fəaliyyətinin maliyyələşdirilməsinə, pensiya və digər müavinətlərin gücləndirilməsi sərf olunacaq.

Tarix
2022.06.23 / 17:16
Müəllif
Sayalı Abasova
Şərhlər
Digər xəbərlər

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla