Yuxarı

ABŞ-ın nüfuzlu nəşri qazilərimizdən yazdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-ın nüfuzlu nəşri qazilərimizdən yazdı

ABŞ-ın nüfuzlu “Nyus Blaze” nəşrində Nurit Qrincerin İkinci Qarabağ müharibəsi qaziləri barədə məqaləsi dərc olunub.

Axar.az xəbər verir ki, müəllif İsrail həkimlərinin səyləri nəticəsində azərbaycanlı qazi 24 yaşlı Arif Hacıyevin gözlərinin sağaldığını xatırladıb:

“Yerusəlimdə fəaliyyət göstərən “Misqav Ladax” xəstəxanasında çalışan oftalmoloq Yişay Falik könüllü həkimlər qrupu ilə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində 150 azərbaycanlı qazi üzərində ödənişsiz göz əməliyyatı həyata keçirib”.

Məqalədə bildirilib ki, İkinci Qarabağ müharibəsində yaralanan hərbçilərdən biri də Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndində yaralanan Arif Hacıyevdir.

24 yaşlı Arif Hacıyev “Nyus Blaze” nəşrinə müsahibəsində Azərbaycan dövlətininin qazilərə qayğısından danışıb. Azərbaycanlı qazi YAŞAT Fondunun onu ev və avtomobillə təmin etdiyini bildirib.

N.Qrincer digər azərbaycanlı qazi Vasif Dilavərzadə barədə də bəhs edib. Müəllif qeyd edir ki, İkinci Qarabağ müharibəsi zamanı yaralanan V.Dilavərzadənin ayağının xilas edilməsi üçün 7 əməliyyat keçirilib.

Tarix
2022.06.23 / 19:59
Müəllif
Axar.az
Digər xəbərlər

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla