Yuxarı

Bakıda müdir işçisini bıçaqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda müdir işçisini bıçaqladı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

Daş satışı bazarında fəhləlik eləyən Qazax rayon sakini, Xocahəsən qəsəbəsində müvəqqəti yaşayan 30 yaşlı Məmmədov Vasif Abdulla oğlu bıçaqlanıb. İlkin məlumata görə, onu Fikrət adlı müdiri bıçaqlayıb. Vasif Məmmədov Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına çatdırılıb. O, əməliyyat olunub, vəziyyəti orta ağırdır.

Hadisəyə tərəflər arasında pul mübahisəsi səbəb olub. Zərərçəkənin atası Abdulla Məmmədov deyib ki, Vasif Məmmədov 3 il əvvəl müdirindən 500 manat borc alıb. O, aldığı borcu hissə-hissə qaytarsa da, Fikrət adlı şəxs ondan əlavə pul tələb edib, dəfələrlə hədə-qorxu gəlib. Sonuncu mübahisə isə davaya çevrilib və Vasif Məmmədov bıçaqlanıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Tarix
2015.09.21 / 22:41
Müəllif
Axar.az
Digər xəbərlər

Rüstəmxanlı: Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla