Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 İyun 2018


Bank işçisinin döyülməsinə polisdən münasibət - Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:49

Metronun Elmlər Akademiyası stansiyası yaxınlığında yolu keçən bank işçisi 2 polis tərəfindən döyülüb. Hadisə bu gün saat 12-də Parlament küçəsi-1 ünvanında baş verib. Post-Patrul Xidmətinin 2 əməkdaşı bank işçisi olduğu bildirilən Anar Abıyevı döyərək küçə boyu sürüyüblər.

"Aznews.az"a bu barədə saytın hadisə yerində olan əməkdaşı məlumat verib.

A.Abıyev yolu keçiddən keçmədiyinə görə təzyiqlərə məruz qalıb. Polis əməkdaşları ona yaxınlaşaraq, sənəd tələb edib. Lakin A.Abıyev üstündə sənəd olmadığını, gözləyəcəkləri təqdirdə evdən şəxsiyyət vəsiqəsinin gətiriləcəyini bildirib.

Yolu keçiddən keçmədiyinə görə qanuna müvafiq qaydada cərimələnməsini istəyən Anar Abıyevin bu tələbinə məhəl qoyulmayıb. A.Abıyevi təhqir edən polislər onun mobil telefonunu əlindən alaraq yerə çırpıb, özünü isə yerdə sürüyüblər. Polis əməkdaşları A.Abıyevə güc tətbiq edərək onu post-patrul maşınına mindirməyə çalışıblar.

Döyülən bank işçisi "Axar.az"a bildirib ki, hazırda Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsindədir və 2 polis tərəfindən kobud fiziki təzyiqə məruz qalıb:

"Yolu keçən zaman polis əməkdaşları ilə insident yaşandı. Onlar tək olmağımdan istifafə edib məni bərk döydülər. Telefonumu sındırıblar. Döyəndən sonra məni sürüdülər".

Yasamal Rayon Polis İdarəsinin münasibətini öyrənməyə çalışırıq.

***

13:18

Parlament prospekti 1 ünvanında yolu keçən şəxsin 2 polis tərəfindən döyülməsi ilə bağlı döyülən şəxsin saxlanıldığı Yasamal Rayon 26-ci polis bölməsinin növbətçi polisi "Axar.az"a danışdı.

26-cı polis bölməsinin növbətçi polisi Fərəcli Kənan bildirdi ki, həmin şəxsin saxlanılmasının əsas səbəbi polisə qarşı kobud davranmaqdır:
"Bəli, tərəfimizdən Anar Abıyev adlı şəxs saxlanılıb. Səbəb odur ki, həmin şəxs polislərə kobudluq edib və əməkdaşımızı vurub".

Hadisə yerində 2 polis əməkdaşının olmasını xatırladandan sonra polis bölməsinin əməkdaşı faktı təsdiq etdi:
"Düzdür, həmin yerdə 2 polis olub. Amma Anar Abıyev onlardan birini vurub".

Vətəndaş Anar Abıyevin də polisilər tərəfindən döyülməsi iddiasından danışan bölmə növbətçisi bunları əlavə etdi:
"Vətəndaş çox şey iddia edir. Orda onların arasında insident olub və Anar Abıyev 2 polis əməkdaşından birini bərk döyüb. Məsələ ilə bağlı araşdırma başlatmışıq. Hadisəni ətraflı öyrənəndən sonra saxlanılan şəxs barədə qərar veriləcək".

Xatırladaq ki, hadisə barədə "Axar.az"ın olay yerindəki əməkdaşı məlumat verib və məlumatda bank işçisinin döyülərək sürüdülməsi göstərilib.

Tarix
2014.01.16 / 13:18
Müəllif
Tural Qurbanlı
Şərhlər
Загрузка...
Digər xəbərlər

Prezident başçı müavinini işdən çıxardı - 2 sərəncam

“Bakcell” bu müraciətlərə görə ən yüksək nəticə göstərdi

“Nar” bu abituriyentləri mükafatlandıracaq

16 yaşlı qızın şok videosu: TV-lər nəyi təbliğ edir?

Ramil Usubov İsraildə: mühüm görüşlər...

Nazirin işdən çıxartdığı rəis danışdı: Səbəb odur ki...

Firad Əliyevə yüksək vəzifə verildi

Separatçıları qorxu bürüdü: Azərbaycan komandosları...

Cəyirli-Alpout avtomobil yolu yenidən qurulur - Video

SOCAR fəhlələrinin zarafatı qətllə nəticələndi

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla