Yuxarı

Bakı-Quba yolu bu tarixdə açılacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı-Quba yolu bu tarixdə açılacaq

Dövlət başçısı Bakı-Quba yolunun təmirinin tez bir zamanda yekunlaşması ilə bağlı göstəriş verib. Əgər bu templə davam etsələr, düşünürəm ki, işlər bu ilin noyabr-dekabr aylarında yekunlaşacaq.

Axar.az xəbər verir ki, bunu Bakupost.az-a millət vəkili Vahid Əhmədov deyib.

Millət vəkili bildirib ki, Bakı-Quba yolu tam ödənişsiz olacaq:

“Hazırda Bakı-Quba yolunda təmir-bərpa işləri davam edir. Ərazidə 8-ə yaxın briqada, çox sayda texnika işləyir. Aldığım məlumata görə, işlər noyabr-dekabr aylarında başa çatmalıdır. Əgər bu templə getsələr, çatdıra biləcəklər. Çünki Bakı-Quba yolunda işlər çox sürətlə və keyfiyyətli aparılır. Elə bir ciddi problem yoxdur. Eyni zamanda işə nəzarət edilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri, eyni zamanda, özüm də mütəmadi olaraq həmin yola baxış keçiririk. Yolun keyfiyyətinə gəldikdə, asfalt yol olacaq. Hesab edirəm ki, asfalt yol daha keyfiyyətli olacaq. Büdcəyə düzəliş edəndə biz Bakı-Quba yolunun təmiri ilə əlaqədar əlavə vəsait ayırmışıq. Heç bir vəsait problemi yoxdur. İşin təşkili də yüksək səviyyədədir. Arxayınam ki, noyabr-dekabr ayında işi yekunlaşacaq”.

V.Əhmədov Bakı-Quba yoluna paralel tikilən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu haqqında da danışıb:

“Bakı-Sumqayıt-Xaçmaz-Rusiya sərhədinə qədər olan yol pullu olacaq. Əslində paralel olan yol artıq təhvil verilməli idi. Amma bildiyimiz kimi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Qarabağda da böyük işlər görür, əsas diqqət oradadır. Yəqin ki, bu il həmin yol da təhvil veriləcək”.

Tarix
2022.06.29 / 14:31
Müəllif
Axar.az
Digər xəbərlər

İkram Kərimov vəfat etdi

Türkiyədə yeni dövr başlayır: Gələn həftədən...

Xəzər regionu diqqət mərkəzində: Yeni geostrateji balans...

Vəfat edən keçmiş nazir kim olub? - Dosye

Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım

Prezident: Bunu xüsusi qeyd etmək istərdim - Video

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla