Yuxarı

Alman polisi bu azərbaycanlını tapana 5 min verəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada qətl hadisəsi törədərək qaçan azərbaycanlı axtarışa verilib.

Axar.az Report-a istinadən xəbər verir ki, hadisə iyunun 18-nə keçən gecə Kalletal şəhərində qeydə alınıb.

Belə ki, Azərbaycan vətəndaşı, 36 yaşlı Elçin Ağayevin 39 yaşlı Andrej F.Rintelneri balta ilə qətlə yetirdiyi, daha sonra isə həmin şəxslə birlikdə yaşayan keçmiş sevgilisinə təcavüz etdiyi bildirilir.

Ölkənin Bielefeld şəhər polisi hadisəni törətməkdə şübhəli bilinən və istintaqdan yayınan E.Ağayevin axtarışlarına başlayıb və hazırda onun axtarışları davam etdirilir.

Hətta Bielefeld şəhər polisi cinayəti törətməkdə şübhəli bilinən E.Ağayevin tapılmasında kömək edənlər üçün 5 min avro dəyərində pul mükafatı da ayırıb.

İyunun 27-də E.Ağayevin axtarışda olduğu rayonda 75 yaşlı qadının meyiti tapılıb. Hazırda polis bu cinayətdə də şübhəlinin əlinin olub-olmamasını araşdırır.

E.Ağayevin yük avtomobili vasitəsilə qaçdığı ilə bağlı polisdə şübhələr yarandığından qonşu ölkələrin hüquq-mühafizə orqanlarına da məlumat verilib.

Avropa Polisinin məlumat bazasında isə E.Ağayev “olduqca təhlükəli və silahlı” kimi qeyd olunub.

Detmold Prokurorluğundan bildirilib ki, artıq E.Ağayevin axtarışlarına helikopterlər də cəlb edilib.

"Təəssüflər olsun ki, indiyə kimi aparılan axtarış əməliyyatları heç bir nəticə verməyib. Qətldə şübhəli bilinən E.Ağayevin hələ də Almaniyada gizləndiyini düşünürük. Bu səbəbdən şəxsin fotoları olan afişalar bütün ölkəboyu yanacaqdoldurma məntəqələrinə, supermarketlərə, dəmiryol vağzallarına vurulub”, - Detmold Prokurorluğundan bildirilib

Tarix
2022.07.02 / 12:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla