Yuxarı

Paşayeva Tovuzda gənc idmançılarla görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva 2022-ci il üzrə Azərbaycanın Gənclər paytaxtı olan Tovuzda müxtəlif yarışlarda uğur qazanan yeniyetmə və gənc idmançılarla görüşüb.

Axar.az xəbər verir ki, Qovlar şəhərində yerləşən Tovuz Gənclər Evində keçirilən görüşdə müxtəlif növlərdə klublararası, respublika, Avropa, Avrasiya və dünya çempionat, birincilik və kubok yarışlarında yüksək yer qazanan idmançılar – alpaqutçular, qolgüləşçiləri, taekvandoçular, budoçular, stronqmençilər öz uğurlarından söz açıb.

Azərbaycanın Gənclər paytaxtı Tovuzun gənclər və idman ictimaiyyətinin öz fəallığı ilə seçilməsindən məmnunluğunu bildirən Q.Paşayeva onları maraqlandıran mövzular üzrə ətraflı fikir mübadiləsi aparıb.

Millət vəkili yeniyetmə və gənclərin, idmançıların uğurları ilə tanışlıqdan çox məmnun olduğunu bildirib, onlara yeni uğurlar arzulayıb, Qarabağ motivli xatirə hədiyyələri bağışlayıb.

Görüşdə rayonun Gənclər-İdman İdarəsinin rəisi Sahib Ələsgərov, Tovuz Gənclər Evinin direktoru Rauf Rüstəmov iştirak edib.

Tarix
2022.07.03 / 12:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla