Yuxarı

Paşayeva bu il şəhid olan əsgərin anası ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşayeva bu il şəhid olan əsgərin anası ilə görüşdü

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayonununda şəhid Ayaz Azər oğlu Nəzərovun anası Sima Tanrıverdiyeva ilə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə şəhid ailəsinin qayğıları öyrənilib, ürək sözləri dinlənilib.

Q.Paşayeva şəhid ailəsinə Qarabağ motivli xatirə hədiyyəsi bağışlayıb.

Qeyd edək ki, Ayaz Azər oğlu Nəzərov (16.07.1998, Bozalqanlı, Tovuz - 11.01.2022, Kəlbəcər) Tovuz Dövlət Sosial-iqtisadi kollecinin məzunu olub. O, iki il altı ay idi Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq çalışıb.

Ermənistan silahlı qüvvələrinin bu il yanvarın 11-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi hərbi təxribat nəticəsində şəhid olan Ayaz Nəzərovun nəşi 12 yanvarda doğulub boya-başa çatdığı Bozalqanlı kəndində dəfn olunub.

Ruhu şad olsun!

Tarix
2022.07.05 / 13:33
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla