Yuxarı

Metroda elektron cihaz tüstüləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Metroda elektron cihaz tüstüləndi

"İçərişəhər-Həzi Aslanov" marşrutu üzrə hərəkət edən qatar "Gənclik" stansiyasında ikən vaqonda sərnişinlərdən birinin elektron cihazı tüstülənib. Sərnişinlər qatardan dərhal düşürülüb. Qatar maşinisti və polis əməkdaşı vaqona baxış keçiriblər.

Bu barədə Axar.az-a Bakı Metropoliteni QSC-nin mətbuat xidmətindən məlumat verib.

“Vaqonda hər hansı bir problem olmayıb. Tüstüləmə yüngül olduğundan baxış müddətində sovrulub və sərnişinlər həmin qatarla yola salınıblar. Nəticədə, 3 dəqiqəlik yubanma olub”.

Mətbuat xidməti həmçinin vətəndaşlara metropolitenin xüsusiyyətləri nəzərə alınaraq, saz vəziyyətdə olmayan mobil cihazlardan istifadə etməmələri və metropolitendə elektron cihazlardan istifadə edərkən ehtiyatlı davranmalarını tövsiyə edib.

Tarix
2022.07.05 / 15:33
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla