Yuxarı

KTƏM istifadəyə verildi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
KTƏM istifadəyə verildi - Video

Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyulun 5-də Müdafiə Nazirliyinin Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin Kiber Təhlükəsizlik Əməliyyatları Mərkəzinin açılışında iştirak edib.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, Baş İdarə rəisi general-mayor Məmməd Eminov müasir avtomatik idarəetmə sistemləri ilə təchiz olunmuş mərkəzin fəaliyyəti barədə müdafiə nazirinə məruzə edib.

Bildirilib ki, ən yeni texnoloji avadanlıqla təchiz edilmiş mərkəz Azərbaycan Ordusunun informasiya-kommunikasiya texnologiyaları mühitinə fasiləsiz müşahidə və nəzarəti həyata keçirməklə kibertəhlükəsizliyi təmin edəcək.

Qeyd olunub ki, inkişaf etmiş ölkələrin kibertəhlükəsizlik sahəsində qabaqcıl təcrübəsi nəzərə alınmaqla yaradılan mərkəzdə informasiya-kommunikasiya texnologiyaları və komanda-idarəetmə sistemlərinin davamlı izlənilməsi və idarə edilməsi, təhdidlərin vaxtında aşkar olunması, rəqəmsal araşdırmalar, elektron təhlükəsizlik yoxlamalarının aparılması və digər fəaliyyətlər icra ediləcək.

Müdafiə naziri Azərbaycan Ordusunda kibertəhlükəsizlik tədbirlərinin daha da təkmilləşdirilməsi ilə əlaqədar komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

Tarix
2022.07.05 / 15:50
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla