Yuxarı

Azərbaycanlı general buraxılış mərasimində - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı general buraxılış mərasimində - Video

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində möhtəşəm Zəfərin qazanılmasında Azərbaycan Ordusunun digər kateqoriyalardan olan hərbi qulluqçuları ilə yanaşı gizirlərinin də böyük xidmətləri olub.

Müdafiə Nazirliyindən Axar.az-a bildirilib ki, Vətən müharibəsində zabit və əsgərlərlə yanaşı gizirlərimizin də xidmətləri Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə yüksək qiymətləndirilib.

Dövlət başçısı respublikamızın ərazi bütövülüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən, hərbi əməliyyatlar zamanı böyük təcrübə toplayan, hətta ən ekstremal vəziyyətlərdə taqım, bölük, heyət komandirinin vəzifəsini öz üzərlərinə götürərək fərqlənən gizirləri bir daha həvəsləndirmək, onların təcrübəsindən geniş şəkildə faydalanmaq məqsədilə “Gizirlərin zabit vəzifələrinə hazırlığı kursu”nun açılmasını məqsədəuyğun hesab edib və Müdafiə Nazirliyinin rəhbərliyi Müzəffər Ali Baş Komandanın bu təşəbbüs və tapşırığını da uğurla yerinə yetirib.

Quru Qoşunlarında cari ilin may ayının 16-dan başlanan kursun buraxılış mərasimi keçirilib.

Müdafiə nazirinin müavini - Quru Qoşunları komandanı general-leytenant Ənvər Əfəndiyev şəxsi heyəti salamladıqdan və bu əlamətdar hadisə münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik etdikdən sonra Ulu Öndərin abidəsi ziyarət olunub, önünə qızılgüllər düzülüb.

Hərbi orkestrin müşayiəti ilə ümummilli liderimiz Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyünün bərpası uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni ifa olunub.

Çıxış edənlər Ali Baş Komandanın orduya göstərdiyi diqqət və qayğıdan, göstərilən etimaddan danışaraq kursun əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Məzunlara çətin, məsuliyyətli və şərəfli zabitlik yollarında uğurlar arzulanıb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından kursu uğurla başa vuran kursantlardan və hərbi təlimatçılardan bir qrupuna qiymətli hədiyyələr təqdim olunub.

Vətən müharibəsi iştirakçıları olan zabitlər tərəfindən məzunlara sertifikatlar təqdim edilib.

Təntənəli mərasimdən sonra əsgər klubunda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyətinin iştirakı ilə konsert proqramı təqdim edilib, əsgər yeməkxanasında məzunların şərəfinə çay süfrəsi təşkil olunub və kollektiv şəkillər çəkdirilib.

Tarix
2022.07.06 / 16:16
Müəllif
Axar.az
Digər xəbərlər

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

Erməni lobbisi indi yeni tezis irəli sürür - Yalçın

Azərbaycanın diaspor nümayəndələri saxlanıldı - Video

Zəngəzur dəhlizi ilə bir neçə məqsədə nail olacağıq

Bu ölkə ilə ilk siyasi məsləhətləşmələr keçirildi

Azərbaycanlı kapitan Ukraynada həlak oldu - Foto

Əliyevin liderliyi ilə çox vacib addımlar atılır - Türkiyə XİN

Heydər Əliyevin nəvələri ilə səmimi - Videosu

Tehran və Bakı ortaq gələcək qurmağa sadiqdir - Arakçı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla