Yuxarı

Nazirlik "təkrar yoxlama" məsələsinə aydınlıq gətirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaqif Dərgahlı: "Təkrarən yoxlanılan çağırışçıların 106 nəfərində xəstəlik aşkarlanıb və onlar geri qaytarılıblar "

Səfərbərlik Xidməti vərəmli və psixi problemli çağırışçıları orduya göndərməkdən çəkinmir

Bir neçə gün əvvəl Müdafiə Nazirliyinin Mətbuat Xidməti gənc çağırışçıların yenidən yoxlanacağı haqda məlumat yaydı. Təkrar yoxlamanı Səfərbərlik Xidməti ilə Müdafiə Nazirliyi arasında narazılıqların varlığını sübut edən məqam kimi qiymətləndirənlər də, bu addımın vacib olduğunu vurğulayanlar da oldu.Məsələyə aydınlıq gətirmək üçün Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Vaqif Dərğahlıya aşağıdakı məzmunda yazılı sorğu ilə müraciət edilib:

- Hörmətli Vaqif müəllim. Bu sorğunu sizə ünvanlamaqla, rəhbəri olduğunuz xidmətin 11 yanvar 2014-cü ildə yaydığı məlumatda qeyd edilən bəzi məqamlara aydınlıq gətirmənizi xahiş edirəm.

Yaydığınız məlumatda deyilir ki, müdafiə naziri Zakir Həsənovun əmrinə əsasən, Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrə xidmətə çağırılan gənclərin sağlamlıq vəziyyəti Silahlı Qüvvələrin birliklərində, Əlahiddə Ümumqoşun Ordusu və Bakı qarnizonu üzrə toplanış məntəqəsində yaradılan tibbi komissiyalarda təkrar yoxlanacaq, xəstəliyi aşkar edilən çağırışçılar geri qaytarılacaq. Bəllidir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində çağırışçıların sağlamlıq durumu tibbi komissiyalar tərəfindən yoxlanır. Belə olduqda Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrə xidmətə çağırılan gənclərin sağlamlıq vəziyyətinin yoxlanması hansı zərurətdən yaranır? Sorğumuza qısa müddətdə cavab verəcəyinizə ümid edərək əvvəlcədən təşəkkürümüzü bildiririk.

Sorğumuz Müdafiə Nazirliyinin Mətbuat Xidməti tərəfindən cavablandırılıb:

- Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrə xidmətə çağırılan gənclərin sağlamlıq vəziyyətinin təkrarən yoxlanışdan keçirilməsində məqsəd ilk növbədə hərbi qulluqçuların sağlamlığına diqqətin artırılmasıdır. Bu addımın atılması xidməti zərurətdən irəli gəlir.

Diqqətinizə çatdırım ki, Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrin əksəriyyəti çətin iqlim şəraitində, relyefi çox müxtəlif və mürəkkəb olan ərazilərdə - həm yüksək dağlıq, həm düzənlik-ovalıq şəraitində, düşmənlə təmas xəttində, daim səngərdə yerləşir.

Bu səbəbdən də ordu sıralarına gələn gənclərin tibbi cəhətdən sağlam, mənəvi-psixoloji və fiziki cəhətdən möhkəm, o cümlədən hərbi xidmətin çətinliklərinə dözümlü olmaları vacibdir. Qeyd edək ki, görülən tədbirlər artıq öz nəticəsini verir. Yanvarın 15-dək Silahlı Qüvvələrin Baş Kliniki Hospitalında təkrarən yoxlanılan gənc çağırışçıların 106 nəfərində xəstəlik aşkarlanıb və onlar geri qaytarılıblar. Bu gənclərin 17 nəfərində vərəm, 71 nəfərində nevrotik-reaksiya, 18 nəfərində isə digər xəstəliklər aşkar edilib.

* * *

Sorğuya verilən cavabdan aydın olur ki, təkrar yoxlama nəinki zəruridir, hətta vacibdir. Çünki Səfərbərlik Xidmətində bu qədər xəstə çağırışçının müayinədən keçirilərkən xəstəliklərinin müəyyən edilməməsi çox ciddi suallar doğurur. Belə çıxır ki, Səfərbərlik Xidmətinin rəhbərliyini yalnız çağırışçıların sayı maraqlandırır. Onların sağlam olub-olmaması isə Səfərbərlik Xidmətində vəzifə tutanları maraqlandırmır.

Xatırladaq ki, "Doktorina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin yaydığı son məlumatda 2012-ci ilin yanvarından bu günədək Azərbaycan Ordusunun 150-yə yaxın hərbçini itirdiyi qeyd olunur. Bildirilir ki, Müdafiə Nazirliyinin hərbi hissələrində 2012-ci ildə 84, ötən il 61 hərbçinin ölüm faktını qeydə alınıb: "84 hərbçinin 68-i qeyri-döyüş şəraitində həlak olub. Onlar müxtəlif səbəblərdən ölüblər. Məsələn, intihar, avtoqəza, silahla ehtiyatsız davranma, xəstəliklər, qeyri-nizamnamə halları səbəb kimi göstərilə bilər. Ötən il həlak olmuş 61 nəfərin 50-si qeyri-döyüş şəraitində həyatını itirib. Səbəblər eynidir".

2014-cü ilin ilk iki həftəsində 4 hərbçinin döyüşdənkənar şəraitdə həlak olduğu bildirilir. Onlardan üçü Müdafiə Nazirliyinin hərbi qulluqçusu olub:

"İlkin rəsmi məlumatlara görə, dörd ölümün də səbəbi intihardır".

Son iki əsgər ölümü yanvarın 11 və 13-də baş verib.

Yanvarın 13-də baş verən bir başqa ölüm olayı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin mühafizə alayında qeydə alınıb. Penitensiar xidmət hadisənin silahla ehtiyatsız davranma nəticəsində baş verdiyini bildirsə də, Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb. Müdafiə Nazirliyinin hərbi hissələrində son iki ildə baş verən ölüm faktlarının 140-dan çoxu sabiq müdafiə naziri Səfər Əbiyevin, 6-sı yeni nazir Zakir Həsənovun dövrünə təsadüf edir.

Əbiyev dövründə Müdafiə Nazirliyi bir çox hərbi qulluqçunun məzuniyyətdə olduğu müddətdə vəfat etdiyini əsas gətirərək "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin statistikasını hər zaman şübhə altına alıb və bunu "şişirtmə" rəqəmlər kimi qiymətləndirib. Acı statistikadan göründüyü kimi qeyri-döyüş itkiləri döyüş itkilərini qat-qat üstələyir. Bunun əsas səbəbinin xəstə çağırışçıların orduya göndərilməsi də şübhə doğurmur. Bu baxımda müdafiə nazirinin verdiyi son əmri yalnız alqışlamaq olar. Ümid edirik ki, ölkə rəhbərliyi Səfərbərlik Xidmətində baş verənlərə nəhayət ki, diqqət ayıracaq ("Musavat.com").

Tarix
2014.01.17 / 09:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla