Yuxarı

“Meyvəli"də şortik qadağası: ana-bacımız var - Direktor

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Meyvəli"də şortik qadağası: ana-bacımız var - Direktor

Sosial şəbəkələrdə Bakının Lökbatan qəsəbəsində yerləşən “Meyvəli bazarı”na şort geyinən şəxslərin girişinin qadağan olunmasını əks etdirən foto paylaşılıb.

Bazarda yerləşdirilmiş elan geniş müzakirələrə səbəb olub və belə bir qadağanın qoyulması sosial media istifadəçiləri tərəfindən tənqidlə qarşılanıb.

Axar.az xəbər verir ki, “Meyvəli bazarı”nın direktoru Anar Novruzov Modern.az-a açıqlamasında elanın doğru olduğunu təsdiqləyib. A.Novruz bildirib ki, bazar ictimai yer olduğundan belə geyimlə bura gəlmək yolverilməzdir:

“Bəzən çimərlik paltarında bazara gəlirlər. Belə hal yolverilməzdir. Azərbaycanlıyıq, hamımızın anası-bacısı gəlir bazara. Kiminsə elə geyinməsi yaxşı hal deyil. Dənizdən alt paltarında çıxıb bura gələnlərin qarşısını almaq üçün bu bildirişi asmışıq. Elə də ciddi məsələ deyil”.

Qeyd edilib ki, şort qadağası yalnız kişilər üçün nəzərdə tutulur.

Tarix
2022.08.03 / 14:50
Müəllif
Axar.az
Digər xəbərlər

Avropa “vassala” çevrilir: Makron Əliyevin dediklərini təkrarladı

Bunu etməsək, Bakı sülh sazişini imzalamayacaq

30 yaşında deputat, 35 yaşında nazir oldu

Prezident Yohan David Vadefulla görüşdü

İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi

Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq

Hər bir azərbaycanlı müstəqil dövləti ilə qürur duyur!

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi - Foto

Nəsimi Ermənistana hansı silah-sursatla keçib?

Almaniya xarici işlər naziri Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla