Yuxarı

Rəsulzadəyə həsr olunan yubiley tədbirləri açıqlandı – Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevin "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında" 22.11.2013 tarixli, 77 nömrəli Sərəncamın icrası ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Təhsil Nazirliyinin və digər aidiyyəti qurumların təklifləri ümumiləşdirilərək tədbirlər planı hazırlanıb.

"Axar.az" Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, tədbirlər planında görkəmli şəxsiyyət və dövlət xadiminin yubiley tədbirinin - "M.Ə.Rəsulzadənin Azərbaycan dövlətçilik tarixindəki rolu" mövzusunda elmi konfransının keçirilməsi, M.Ə.Rəsulzadənin xarici ölkələrin arxivlərində olan zəngin irsi və sənədlərinin toplanılıb Azərbaycana gətirilməsi, professor Şirməmməd Hüseynovun tərtib etdiyi M.Ə.Rəsulzadənin seçilmiş əsərlərindən ibarət çoxcildliyin nəşri, "Məhəmməd Əmin Rəsulzadənin ictimai-siyasi fəaliyyəti və müasirlik" mövzusunda elmi sessiyanın keçirilməsi, M.Ə.Rəsulzadənin 130 illik yubileyi ilə əlaqədar kitabxanalarda xatirə gecələrinin və kitab sərgilərinin təşkili, Türkiyə Cümhuriyyətinin Milli Kitabxanasında M.Ə.Rəsulzadəyə aid nəşrlərin faksmile sürətlərinin Azərbaycan Milli Kitabxanasına gətirilməsi, Məhəmməd Əmin Rəsulzadənin həyat və yaradıcılığını əks etdirən fotostendin hazırlanması, onun həyat və ictimai-siyasi fəaliyyətinə həsr olunmuş məqalələrin respublika KİV-lərində dərc olunması, ölkə kitabxanalarında M.Ə.Rəsulzadə irsinin tədqiqatçıları ilə görüşlərin və "Dəyirmi masa"ların keçirilməsi, Azərbaycan İstiqlal Muzeyində yubileyə həsr olunmuş "Tarixin bir səhifəsi" adlı sərginin və digər tədbirlərin təşkili nəzərdə tutulub.

Yubiley münasibəti ilə tədbirlər digər təşkilatlarda da keçiriləcək.

Tarix
2014.01.17 / 12:39
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla