Yuxarı

Azad edilmiş ərazilərə qanunsuz gedənlər həbs olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azad edilmiş ərazilərə qanunsuz gedənlər həbs olundu

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində işğaldan azad edilmiş və mina təhlükəsi olan ərazilərə qanunsuz daxil olaraq dəmir tullantıları yığan şəxslər həbs edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Axar.az-a verilən məlumata görə, idarələrində olan avtomobillə Talış kəndi ərazisinə gizli yollarla daxil olaraq, orada metal tullantıları toplamağa cəhd göstərən şəxslər Tərtər RPŞ-nin əməkdaşları tərəfindən aşkar ediliblər. Həmin şəxslərə saxla işarəsi verilsə də onlar polisin qanuni tələbini yerinə yetirməkdən yayınaraq idarələrində olan avtomobillə qaçmağa cəhd göstəriblər. Keçirilmiş tədbirlərlə həmin şəxslər saxlanılıb. Araşdırmalarla onların Fəqan Mirzəyev və Əli Ağalarov olduğu müəyyən olunub.

Adıçəkilən şəxslər barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib və qərara əsasən hər biri 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Tarix
2022.08.05 / 14:01
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla