Yuxarı

İlkin Süleymanov azad edilir? - Qardaşından açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlkin Süleymanov azad edilir? - Qardaşından açıqlama

Mən də avqust ayının 24-də onun azad ediləcəyi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatları oxumuşam. Biz onun nə dərəcə dəqiq olduğunu bilmirik, amma ümid edirik elə də olar.

Axar.az xəbər verir ki, bu sözləri İlkin Süleymanovun qardaşı Adil Süleymanov Publika.az-a bildirib.

"Ümid edirik ki, ayın 24-ü prokurorluq tərəfindən bu ittiham geri çəkilər. Bu, ola bilər. Amma dəqiq məlumatımız yoxdur. Bilirsiz, islahatlar gedir. Mən inanıram ki, islahatlar nəticəsində bu cinayət işində saxtakarlıq edən şəxslər ifşa olunacaq və onlar həbs ediləcək. Bu cinayət işi özü saxtadır. Bu gün də İlkin haqqında yalan məlumatlar verirlər", - A.Süleymanov deyib.

Məlumat üçün qeyd edək ki, Tovuz rayon Dindar Quşçu kənd sakini İlkin Süleymanov həmkəndlisi, 2009-cu il təvəllüdlü Nərmin Quliyevanı oğurlayıb qətlə yetirməkdə, cəsədini isə yandırmaqda ittiham edilir. İ.Süleymanova qarşı CM-in 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham irəli sürülüb.

Tarix
2022.08.05 / 20:36
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan Simonyanın Qarabağla bağlı sözlərinə cavab

Həsrətə son qoyuldu, bu, misilsiz bir duyğudur

Bakıda keçirilən dünya çempionatı başa çatdı - Video

Şuşanın azad olunmasından 6 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

Ruslara yalvardım ki, müharibəni dayandırın, biz qardaşıq

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla