Yuxarı

Terminologiya Komissiyasından biabırçı iş - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Terminologiya komissiyasının yaranma tarixi yeni deyil. Hələ Sovet dövründə – 1922-ci ildə Nəriman Nərimanovun başçılıq etdiyi xüsusi dil komissiya geniş müzakirələrdən sonra latın qrafikalı yeni Azərbaycan əlifbasının layihəsini mətbuatda dərc etmişdi.

Müstəqillik dövründə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 18 iyun 2001-ci il tarixli 506 nömrəli Fərmanının yerinə yetirilməsi məqsədilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasını 42 nəfərdən ibarət tərkibdə təsdiq etdi.

Azərbaycan Respublikası Prezidentinin 23 may 2012-ci il tarixli Sərəncamı ilə isə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yeni Terminologiya Komissiyası yaradıldı.

Komissiyanın yaranması ilə komitənin saytı azterm.az fəaliyyətini dayandırdı, komissiyanın rəsmi terminologiya.org portalı yarandı, amma onun fəaliyyəti o dərəcədə zəifdir ki, hətta varlığı haqda təsəvvür yoxdur.

Axar.az xəbər verir ki, 2013-cü ildə isə komissiya haqqında Əsasnamə də qəbul edilib. Ancaq fəaliyyət qəti yoxdur, hətta komissiyanın rəsmi saytı terminologiya.org yenilənmir.

Əslində, saytın fəaliyyətinin nədən ibarət olduğunu başa düşə bilmədik. Bu ilin iyul ayında komissiyanın sədr müavini Sayalı Sadıqovanın kitabının üz qabığı və ön sözünün yerləşdirilməsini nəzərə almasaq, sayt axırıncı dəfə 2013-cü ilin fevral ayında yenilənib.

Məsələyə aydınlıq gətirmək üçün Sayalı xanımla əlaqə saxladıq. O, saytın yeni yaradıldığını (il yarım bundan əvvəl yaradılıb) və 2013-cü ildə saytda xəbər getməsinin mümkün olmadığını dedi:

"2013-cü ildə yazı gedə bilməz saytda, biz terminologiya.org saytını təzə yaratmışıq axı. Azterm.az saytı 2010-cu ildə yaradılmışdı. Akif Əlizadə AMEA prezidenti seçiləndən sonra Rəyasət Heyətinin qərarına əsasən azterm.az ləğv edildi və terminologiya.org portalının yaradılmasına qərar verildi.

Terminologiya.org saytı 2014-cü ilin may ayında yaradılıb, azterm.az-dakı bütün arxiv də bu sayta köçürülüb. Hələ təqdimatını keçirməmişik.

Hazırda işlər gedir. 50-ə qədər lüğətin surəti çıxarılıb, elektron baza yaradılır. Bazanın hazırlanması prosesi qurtaran kimi əksəriyyəti veriləcək sayta və saytın təqdimatı olacaq.

Bildiyiniz kimi, terminoloji bazanın yaradılması çox çətin prosesdir. Hardasa 100 min söz redaktə olunub, izahı verilib, azərbaycanca, rusca, ingiliscə qarşılıqları hazırlanıb. Bu proses təxminən oktyabrın 6-7-si başa çatacaq və saytın təqdimatına jurnalistlər dəvət olunacaq.

Bu dəqiqə bu işin üzərində 28 adam – proqramçı, dil mütəxəssisləri çalışır".

Əgər texniki səhv olubsa, yazının verilmə tarixi 2013-cü il olaraq göstərilibsə, bəs 2 ilə yaxındır bu sayt yaranıbsa, niyə bir nəzarət edən yoxdur ki, heç olmasa, belə primitiv, biabırçı səhvlər aradan qaldırılsın? Arxivə qaldıqda, heç saytın arxivi də köçməyib.

"Bəs axırıncı dəfə hansı lüğəti və ya yazını yerləşdirmisiniz sayta? Çoxdandır yenilənmə yoxdur axı", - deyib israr edəndən sonra Sayalı Sadıqova 6 lüğətin üz qabığının yerləşdirildiyini (halbuki o lüğətlərin üz qabığı saytda yoxdur, iyul ayında ancaq özünün müəllifi olduğu kitabın üz qabığı qoyulub) və elə indicə İnformasiya İnstitutuna yerləşdirmək üçün lüğətlərin üz qabıqlarının göndərildiyini dedi.

"Bu ilin iyul ayında biz sayta yeni lüğətlərimizin üz qabıqlarını qoymuşuq. Bu il bizim 6 lüğətimiz çıxıb: "Dil terminləri", "Logistika", "Fəlsəfə terminləri lüğəti" və s. Bu dəqiqə lüğətlərin üz qabıqlarını və "Terminologiya məsələləri"nin 1-ci nömrəsini İnformasiya İnstitutuna göndərmişik ki, yükləsinlər.

İş çoxdur, növbə ilə görülür. Bizim institutumuz eləmir bu işi, İnformasiya İnstitutu növbə ilə yerləşdirir materialları. 100-ə qədər lüğət var, onun 50-nin elektron bazası yaradılıb, çox çətin prosesdir onu yaratmaq".

"Komissiyanın yaradılmasından 3 il, Prezidentin dövlət dili ilə bağlı qəbul etdiyi Dövlət Proqramından isə 2 ildən artıq vaxt keçir. Sizcə, işlər ləng getmir?" sualımıza isə Sayalı xanım bildirdi ki, kifayət qədər iş görülüb:

"2012-ci ildə komissiyanın yaranması haqqında sərəncam verilib. 2013-cü ildə isə Əsasnamə qəbul edilib. Biz də fəaliyyətə 2014-cü ildən başladıq. O vaxtdan bəri də çox iş görmüşük. Sərəncamdan sonra hər il 6 lüğət çıxıb. İşimiz onları təkcə sayta yerləşdirməkdən ibarət deyil axı. Onları yazıb üzə çıxarmaq lazımdır.

Türk dünyasında terminologiya sahəsində elektron baza yox idi, ilk dəfə bizdə olacaq. Biz Beynəlxalq TermNet təşkilatına üzv olmaq istəyirik. Buna görə elektron bazamızda ən az 100 min söz olmalıdır. Mərkəzi Avstriyada yerləşən TermNet təşkilatında 8 aparıcı dil var: ingilis, rus, alman, yapon, türk və s. İstəyirik, Azərbaycan dili də o dillər içərisinə daxil olsun. Ona görə də 100 minlik terminoloji bazanın üzərində işləyirik".

Sayalı xanım iddia edir ki, türk dünyasında terminoloji baza yoxdur, ilk dəfə bizdə olacaq. Bu, çox böyük iddiadır! Yalnız Türk Dil Qurumunun http://www.tdk saytına girmək kifayətdir ki, Türkiyədə dillə bağlı hansı işlərin görüldüyünü təsəvvür edəsən. Həm də əgər türk dünyasında belə bir baza yoxdursa, türk dili necə beynəlxalq TermNet təşkilatına üzv olub?

Tarix
2015.10.02 / 14:57
Müəllif
Nigar An
Digər xəbərlər

Azərbaycanda cərraha yüksək vəzifə verildi

Zakir Həsənov Okay Məmişlə görüşdü

İlham Əliyev Bakı Ekspo Mərkəzində...

Yaşar Gülər Bakıda Zəfər parkını ziyarət etdi

NK-nın Milli Məclisdə hesabat vermə tarixi dəyişir

Samir Əliyevin qəfil vəfatı ilə bağlı yeni detallar - Bir gün əvvəl...

Sumqayıtda “Bayraqdar” PUA-ları istehsal ediləcək

Bu təşkilatın Bakıdakı nümayəndəliyi bağlanır

Meksikada qadın namizəd güllələndi

İlham Əliyev Okay Məmişi qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla