Yuxarı

Goranboyda polis əməliyyatı: Bakı sakini yaxalandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Goranboyda polis əməliyyatı: Bakı sakini yaxalandı

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Goran qəsəbəsi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Bakı şəhər sakini Xürrəmin Həsənov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Axar.az-a verilən məlumata görə, onun üzərindən narkotik maddə olan külli miqdarda heroin aşkar edilərək götürülüb.

Goranboy polisinin daha bir əməliyyatı ilə isə Boluslu kəndində olub. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Boluslu kənd sakini, əvvəllər məhkum olunmuş Məmməd Əlövsət oğlu Əliyevin yaşadığı evin həyətində əkdiyi və aqrotexniki qaydada qulluq etdiyi külli miqdarda çətənə kolları aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı Goranboy RPŞ-də araşdırma aparılır.

Tarix
2022.08.15 / 08:45
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

Azərbaycan və Litva XİN başçıları görüşdü

Son bir ildə Ermənistana bu qədər yük daşınıb - Prezident

Azərbaycan və Litva arasında Birgə Bəyannamə imzalandı

Prezident Kestutis Budrisi qəbul etdi

Zorludan təklif: Naxçıvanda keçirək!

Kestutis Budris Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla