Yuxarı

Bu gəmi “Abşeron” yatağındakı işlərə cəlb olundu - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu gəmi “Abşeron” yatağındakı işlərə cəlb olundu - Video

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) 2 500 ton yükqaldırma qabiliyyətinə malik “Azərbaycan” kran gəmisi “Abşeron Erkən Hasilat Platforma Kompleksi”nin üst tikililərinin “Abşeron” yatağına nəqli və dayaq blokunun üzərində quraşdırılması əməliyyatlarına cəlb olunub.

Axar.az xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.

Bu məqsədlə Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda hazırlanan üç ədəd üst tikilinin ikisi – “AMO-2” və “AMO-1” modulları kran gəmisinin köməkliyi ilə barjalara yerləşdirilib. “AMO-3” modulu isə “Azərbaycan” kran gəmisinin öz göyərtəsinə yüklənib.

Üst tikililər “Abşeron” yatağına çatdırıldıqdan sonra “Azərbaycan” kran gəmisi burada onların dayaq blokunun üzərində quraşdırılmasında iştirak edəcək.

Tarix
2022.08.15 / 15:55
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla