Yuxarı

TÜRKSOY-la Macar Turan Fondu protokol imzaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Macarıstanda keçirilən VII Hun-Türk Qurultayı başa çatdı. Bir həftə ərzində bütün türk dünyasından nümayəndələrin bir araya gəldiyi bu toplantı əvvəlki qurultaylardan iştirakçıların sayına və təmsil olunan qrupların iştirak səviyyəsinə görə də fərqlənirdi.

Axar.az xəbər verir ki, Türk PA, TÜRKSOY, Türk Akademiyası kimi qurumların rəhbərlərinin bütün tədbirlərdə yüksək səviyyədə iştirakı tədbirin önəmini daha da artırır, Türk Dövlətləri Təşkilatında birləşən ölkələrin bu qurultaya nə qədər dəstək verdiyini əks etdirirdi.

Qurultayın sonunda TÜRKSOY-un baş katibi Sultan Raev və Macar Turan Fondu sədri Andras Biro arasında strateji əməkdaşlıq haqqında bağlanan protokol isə gələcək qurultayların daha geniş və təminatlı şəkildə həyata keçiriləcəyinə bir işarədir.

TÜRKSOY-un baş katibi Sultan Raev bağlanan protokolun önəmini vurğulayaraq bildirdi ki, bundan sonra Macar Turan Fondu ilə bütün layihələr strateji ortaqlıq və birgə mədəni fəaliyyətlər əsasında həyata keçiriləcək.

Macar Turan Fondunun sədri Andras Biro da TÜRKSOY-la əməkdaşlığı yüksək qiymətləndirərək qeyd etdi ki, Avropada hunların törəmələri olaraq bilinən macar xalqı öz qardaş türk dövlətləri və topluluqları ilə əməkdaşlığı olduqca vacib hesab edir və bütün sahələrdə bu əməkdaşlığın dərinləşməsində maraqlıdır.

Qeyd edək ki, 2008-ci ildən, iki ildən bir olmaqla Macarstanın Buğac bölgəsində Hun-Türk Qurultayı keçirilir. Dünyada baş verən pandemiya səbəbindən VII Qurultay dörd ildən sonra baş tutmuşdur.

Tarix
2022.08.17 / 13:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla