Yuxarı

Moskvada Müslüm Maqomayevin xatirəsi yad edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Moskvada Müslüm Maqomayevin xatirəsi yad edildi

Rusiyanın paytaxtı Moskvada Leontyevski küçəsində şəhər sakinləri SSRİ Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 80 illiyi münasibətilə onun xatirəsini yad ediblər.

Axar.az Report-a istinadən xəbər verir ki, Maqomayevin doğum gününü qeyd etmək üçün onun abidəsi önünə dostları, qohumları, mədəniyyət və incəsənət xadimləri, Heydər Əliyev Fondunun Moskvadakı nümayəndələri, həmçinin çoxsaylı pərəstişkarları toplaşıblar.

Tədbiri giriş sözü ilə açan Rusiya Federasiyasının xalq artisti, Kabardin-Balkarın Mədəniyyət Nazirliyinin keçmiş rəhbəri Zaur Tutov sənətkarla bağlı xatirələrini bölüşüb.

“Müslüm Maqometoviçin nəhəng irsi milyonlarla insanı və yeni nəsilləri də sevindirib, sevindirir və bundan sonra da sevindirəcək”, - o vurğulayıb.

Onun sözlərinə görə, Müslüm Maqomayev öz yaradıcılığı ilə bir çox siyasətçilərdən daha çox iş görüb, çünki o, müxtəlif millətlərdən və dinlərdən olan milyonlarla insanın qəlbini bir araya gətirib.

Anım tədbirində Müslüm Maqomayevin repertuarından olan mahnılar səsləndirilib.

Tarix
2022.08.17 / 19:22
Müəllif
Axar.az
Digər xəbərlər

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla