Yuxarı

Şirvanda insident: yataqxanada insanları bıçaqlamaq istədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şirvanda insident: yataqxanada insanları bıçaqlamaq istədi

Şirvanda yataqxanada vətəndaşlara bıçaqla xəsarət yetirməyə çalışan şəxs həbs olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Axar.az-a verilən məlumata görə, Şirvan ŞPŞ-nə şəhər ərazisində yerləşən yataqxanaların birində Teymur adlı şəxsin ailə üzvlərinə, eləcə də yataqxana sakinlərinə qarşı uca səslə nalayiq ifadələr işlətməsi, həmçinin özünə və vətəndaşlara əlində olan bıçaqla xəsarət yetirmək istəməsi barədə məlumat daxil olub.

Daxil olmuş məlumatla əlaqədar qeyd olunan ünvana gedən şöbə əməkdaşları ictimai qaydanı kobud şəkildə pozan şəhər sakini, əvvəllər məhkum olunmuş Teymur Əliyevi nizam-intizama dəvət edərək, əlində olan bıçaqları təhvil verməyə çağırıblar. Lakin sonuncu edilən xəbərdarlıqlara baxmayaraq qaydaları pozmağa və ətrafda olan şəxslərə qarşı hədələrini davam etdirib. Bu zaman polis əməkdaşları tərəfindən onun bu əməlinin qarşısı alınıb və polis şöbəsinə gətirilib. Həmçinin saxlanılan zaman ondan iki ədəd bıçaq da götürülüb.

Dindirilmə zamanı T.Əliyev etdiyi əməli spirtli içki təsiri altında törətdiyini və səmimi peşman olduğunu bildirilib.

Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Tarix
2022.08.18 / 14:52
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla