Yuxarı

“Gizir hazırlığı kursu”nun növbəti buraxılışı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Gizir hazırlığı kursu”nun növbəti buraxılışı - Foto

Avqustun 19-da Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Gizir hazırlığı kursu"nu müvəffəqiyyətlə bitirən məzunların növbəti buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Axar.az-a bildirilib ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Buraxılış mərasimində çıxış edənlər məzunları "Gizir hazırlığı kursu"nu bitirmələri münasibətilə təbrik edib, onlara Vətənimizin müdafiəsində ayıq-sayıq dayanmağı arzulayaraq gələcək xidmətlərində uğurlar diləyiblər.

Məzunlar adından çıxış edən gizir Vüsal Məmmədiyəzadə kurs müddətində qazandıqları bilik və bacarıqlarını xidmət yerlərində tətbiq edəcəklərinə, üzərilərinə düşən vəzifə borclarını layiqincə yerinə yetirəcəklərinə söz verib.

Kursu müvəffəqiyyətlə bitirən məzunlara sertifikat və “gizir” hərbi rütbələri təqdim edildikdən sonra hərbi qulluqçuların tribuna önündən təntənəli keçidi olub.

Sonda xatirə şəkli çəkdirilib.

Tarix
2022.08.19 / 17:47
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

Kestutis Budris Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla