Yuxarı

Bələdçilər Horadiz-Bakı qatarını yarıyolda qoydu – Özəl

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bələdçilər Horadiz-Bakı qatarını yarıyolda qoydu – Özəl

Dünən gecə saat gecə 12 radələrində Horadiz – Bakı istiqamətində hərəkət edən sərnişin qatarının bələdçiləri İmişli rayonu ərazisində vaqonlarda olan əyləc dəstəyindən istifadə edərək, qatarın hərəkətini dayandırıblar.

"Axar.az" məlumat verir ki, iyirmi nəfər bələdçi üç saatdan artıq müddətə qatarın hərəkətinə imkan verməyib və bildiriblər ki, qatarlar köhnədir. Bələdçilərin redaksiyamıza verdiyi xəbərdə bildirilir ki, depoda yeni qatarlar olmasına baxmayaraq, nasaz qatarları xəttə buraxırlar: "Biz bu etirazla tələb etdik ki, yeni qatarlarda işə çıxmağımız təmin olunsun".

Sərnişinlərin də baş vermiş ləngiməyə etirazından sonra İmişli Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə gəlib. Bir bələdçi istisna olmaqla, digərlərini polis idarəsinə aparılıb. Xəbərdarlıqdan sonra onlar iş yerlərinə geri qaytarılıblar.

"Azərbaycan Dəmir Yolları" ASC-nin növbətçisi "Axar.az"a bildirdi ki, şənbə günü olduğundan, ictimaiyyətə məlumat vermək səlahiyyəti olan şəxslər işdə deyil.

Xatırladaq ki, "Azərbaycan Dəmir Yolları" QSC-də çalışan bələdçilər bir neçə dəfə etiraz edib, hətta 10 yanvar tarixində Prezident Adminstrasiyasına şikayətə də gediblər. Onların əsas istəyi şimal istiqamətində hərəkət edən qatarlara kişi bələdçilərin əvəzinə qadın bələdçilərin təyin edilməsi qərarının dəyişilməsi, ölkə daxilində daha təmirli qatarlarda işləməkdir.

Tarix
2014.01.18 / 11:09
Müəllif
İsmi Şahzadə
Digər xəbərlər

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla