Yuxarı

BSU-da “VikiUniversitet” layihəsinə start verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Slavyan Universitetində "VikiUniversitet" layihəsi həyata keçirilir.

Vikipedia – 100-dən artıq dildə olan məqalələrdən ibarət açıq ensiklopediyadır. Dünyada qazandığı inanılmaz populyarlıq nəticəsində bu rəqəm sürətlə artmaqdadır. İşlək dillərin arasında Azərbaycan dilinin də olduğuna baxmayaraq, təəssüf ki, ensiklopediyanın ana dilimizdə olan hissəsi bir sıra digər dillərdən kasıbdır. Vikipedianı digər internet ensiklopediyalardan fərqləndirən cəhət onun prinsip etibarilə redaktə oluna bilməsidir. Vikipedia dünyanın ən populyar 5 saytı sırasına daxildir.

Bu günlərdə BSU-da "VikiUniversitet" layihəsinə start verilmişdir. Layihənin məqsədi bu ali təhsil ocağında keçirilən konfranslar, professor-müəllim heyətinin elmi və tədris fəaliyyəti, universitetdə dərc olunan elmi-ədəbi jurnallar və maraqlı görüşlər haqqında məlumatların toplanaraq "wikipedia.org" onlayn ensiklopediyasında yerləşdirilməsi və bu ensiklopediyada Azərbaycana dair digər vacib məlumatların genişləndirilməsidir.

Layihə çərçivəsində BSU-nun VikiUniversitetində fəaliyyət göstərən müxtəlif fakültələrin tələbələri, gənc alimləri, professor-müəllim heyəti respublikamızın digər elmi-tədris qurumları və ilk növbədə, Azərbaycan Milli Elmlər Akademiyası ilə sıx əməkdaşlıq etməyi nəzərdə tutur.

Tarix
2014.01.18 / 20:41
Müəllif
Ayşad Əsgərli
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla