Yuxarı

Yol polisi ilə sürücü davası: DYP-dən açıqlama - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yol polisi ilə sürücü davası: DYP-dən açıqlama - Video

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) paytaxt ərazisində yol polisi ilə sürücü arasında baş verən insidentə münasibət bildirib.

Axar.az xəbər verir ki, idarənin baş inspektoru polis mayoru Araz Əsgərli 90-DH-093 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Səməndər Rizvan oğlu Mehdiyevin taksi fəaliyyəti ilə məşğul olduğunu deyib.

"Avtomobilinin üzərində 3 ayı tamam olmuş cərimələrinə görə həbs qərarının olduğu ona izah edilib. Qeyd edilib ki, qanunun tələblərinə görə avtomobil duracağa aparılmalıdır. Sürücü əvvəl razılığını bildirib, daha sonra avtomobilə əyləşərək qapıları bağlayıb həmin yerdən uzaqlaşmağa çalışıb. Bu zaman polis əməkdaşı əlini qapıya atanda ayağı ilə onun əlini sıxır və çəkiliş edib gərginliyi məqsədli şəkildə öz xeyrinə göstərməklə qanuni işini görən polisi nüfuzdan salmağa çalışır. Sürücü aidiyyəti üzrə ərazi polis bölməsinə aparılıb. Nizami Rayon Məhkəməsinin qərarı ilə polisin qanuni tələbinə tabe olmadığı üçün barəsində 10 sutka həbs qərarı çıxarılıb. Daha sonra isə himayəsində azyaşlı uşaq olduğunu əsas tutaraq məhkəmə qərarından apellyasiya şikayəti verib. Cəza növü cərimə ilə dəyişdirilib".

"Polis qanuna tabe olmayan şəxsin özbaşınalığına hüquqi qiymət verərkən çətin anlar yaşana bilər. Lakin hər hansısa çəkiliş və ya digər bu tip videomateriallara görə öz işinə qarşı qətiyyətli münasibətini dəyişməməlidir. Hərə əlinə bir kamera götürüb polisin işinə müdaxilə edib nizam-intizama təsir etməyi düşünürsə, yanılır. Belə əməllərdənsə, qanunların tələbini vaxtında icra edib vəziyyəti gərginləşdirməməyi tövsiyə edirik", - DYP rəsmisi vurğulayıb.

Qeyd edək ki, sosial şəbəkələrdə polislə sürücü arasında insidentin görüntüləri yayılıb. Videoda sürücü yol patrul xidmətinin əməkdaşları tərəfindən ona zor tətbiq edildiyini söyləyib. Polis sürücüdən avtomobildən düşməsini, tabesizlik göstərməməsini tələb edib. Daha sonra polis əməkdaşlarından biri əlini avtomobilin pəncərəsindən içəri salıb. Bu zaman sürücü maşının pəncərəsini qaldırıb. Polis əməkdaşının əli isə pəncərədə sıxışıb qalıb.

Tarix
2022.09.22 / 11:14
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkənin səfirinin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

Baş nazirdən mühüm qərar

Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşdü

TƏBİB sədrindən gözlənilməz qərar: İsrafilov işdən çıxarıldı

Prezident Qurbanova babasının fədakarlığından danışdı

Prezident otağındakı heykəllə bağlı maraqlı faktı açıqladı - Foto

Erməni mediası Misir Mərdanovdan yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla